Cəmiyyət
Pleyeri seçin:

İşıqforda səbirsizlik edən sürücülər yolda sıxlıq yaradır

01 aprel 2024

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “sarı tor”un üzərində dayanıb sıxlıq yaradan sürücülərə müraciət edib. Bu barədə mərkəzdən məlumat verilib.

Bildirilib ki, sürücülər səbirsizlik edib svetoforun son saniyələrini gözləmirlər, yolun ortasında qalıb digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar:

“Paytaxtın əksər küçə və prospektlərində bəzi sürücülərin bir neçə saniyə irəli düşmək istəyi, əsasən də mərkəzi küçə və prospektlərdə sıxlığın yaranmasına səbəb olur. Sürücülər svetoforun yaşıl işığının bitməsinə 1-2 saniyə qalmış hərəkət edərək kəsişmələrin ortasında, “sarı tor”un üzərində dayanıb sıxlıq yaradırlar. Xüsusilə də axşam saatlarında yollarda yaranan sıxlığı daha da artıran bu cür sürücülərin qaydalara əməl etməməsi diqqətdən kənarda qalmır.

Müşahidə kameralarının görüntüləri əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hərəkətin intensivliyini artırmaq və sıxlığın qarşısını almaq üçün yol polisi ilə birgə mütəmadi tədbirlər görülür. Belə sürücülərə müraciət edərək bildiririk ki, yollarda sıxlığın yaranmaması bir çox hallarda hər birimizdən asılıdır.

Müşahidələr göstərir ki, svetoforun son saniyələrini gözləməyib “irəli düşüm prinsipi ilə” kəsişməyə daxil olan sürücülər özləri də vaxt itkisi ilə qarşılaşırlar. Belə qayda pozan sürücülərin nəzərinə çatdırırıq ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub”, – məlumatda qeyd olunub.

Hindistandan uçan təyyarənin Bakı aeroportuna eniş səbəbi | Təcili açıqlama

Hindistandan uçan təyyarənin Bakı aeroportuna eniş səbəbi | Təcili açıqlama

Cəmiyyət
22 noyabr 2024
Həzm sisteminizi yaxşı edərkən dişlərinizdən ola bilərsiniz | Diqqətli olun!

Həzm sisteminizi yaxşı edərkən dişlərinizdən ola bilərsiniz | Diqqətli olun!

Cəmiyyət
22 noyabr 2024
Son 6 ildə əmək müqavilələrinin sayında kəskin artım | Sahil Babayevdən açıqlama

Son 6 ildə əmək müqavilələrinin sayında kəskin artım | Sahil Babayevdən açıqlama

Cəmiyyət
22 noyabr 2024
Millət vəkilindən ünvanlı sosial yardımla bağlı tənqid | Vətəndaşdan 200 manat alır, amma...

Millət vəkilindən ünvanlı sosial yardımla bağlı tənqid | Vətəndaşdan 200 manat alır, amma...

Cəmiyyət
22 noyabr 2024
Sahil Babayev əməkhaqqının az olmasından danışdı | Əsas problemlər açıqlandı

Sahil Babayev əməkhaqqının az olmasından danışdı | Əsas problemlər açıqlandı

Cəmiyyət
21 noyabr 2024
COP29 iştirakçıları viza və akkreditasiya sistemindən niyə razı qaldı? - Önəmli faktlar açıqlandı

COP29 iştirakçıları viza və akkreditasiya sistemindən niyə razı qaldı? - Önəmli faktlar açıqlandı

Cəmiyyət
21 noyabr 2024
Qanunsuz tikinti işləri aparanların nəzərinə | Torpaq məcəlləsində mühüm dəyişiklik

Qanunsuz tikinti işləri aparanların nəzərinə | Torpaq məcəlləsində mühüm dəyişiklik

Cəmiyyət
21 noyabr 2024
İşsizliyə görə ödəniş alanların diqqətinə | 2025-ci il üçün planlar açıqlandı

İşsizliyə görə ödəniş alanların diqqətinə | 2025-ci il üçün planlar açıqlandı

Cəmiyyət
21 noyabr 2024
Ətdən imtina etmədən ətraf mühiti necə qorumaq olar?

Ətdən imtina etmədən ətraf mühiti necə qorumaq olar?

Cəmiyyət
21 noyabr 2024
Artımlar nə qədər insanı əhatə edəcək? - Sosial paket barədə detallar

Artımlar nə qədər insanı əhatə edəcək? - Sosial paket barədə detallar

Cəmiyyət
21 noyabr 2024
Seçilmişlər
icon