Pleyeri seçin:

“İşləməsə, ondan daha yaxşıdır” | Lift xarab olsa, nə etmək lazımdır? - Baku TV

20 may 2026 502 baxış

Hazırda paytaxtdakı çoxmərtəbəli binaların bir çoxunda sakinlərin ən böyük narahatlığı liftlərdə yaranan nasazlıqlar zamanı kömək çağırmaq imkanının məhdud olmasıdır.

Kabinələrdə hər hansı təcili çağırış düyməsi olmadıqda sərnişinlər hansı quruma və necə müraciət edəcəklərini bilmirlər.

“Lifttəmir” İstehsalat Birliyinin Texniki nəzarət şöbəsinin mühəndisi Tural Salmanzadə bildirib ki, son illərdə Bakıda quraşdırılmış 1354 dəst liftdə mərkəzi dispetçer sistemi tətbiq olunub:

“Sovet dönəmindən qalan liftlərdə isə bu sistem mövcud deyil. Həmin liftlərdə hər hansı nasazlıq üzündən sərnişin içəridə qalarsa, yalnız kabinədə qeyd olunan əlaqə nömrələrinə zəng etmək və ya bayırdakıları köməyə çağırmaq lazım gəlir. Gələcəkdə yenisi ilə əvəz olunacaq liftlərdə mərkəzi dispetçer sisteminin qurulması tərəfimizdən mütləq bir tələb kimi irəli sürülür”.

Sumqayıtda isə artıq 10 ilə yaxındır ki, belə bir mərkəzləşdirilmiş sistem fəaliyyət göstərir. Liftdə hər hansı nasazlıq baş verərsə, mərkəzi sistemdə problem dərhal vizual olaraq görünür və operativ müdaxilə edilir.

Sumqayıt “Lift-Servis” Birliyinin direktor müavini Zaur İsmiyev sistemin iş prinsipini belə izah edir:

“Liftlərin vəziyyəti 24 saat ərzində izlənilir. Nasazlıq barədə məlumat ilk olaraq Mərkəzi Dispetçer Xidmətinin əməkdaşlarına daxil olur və sistem tərəfindən avtomatlaşdırılmış rejimdə qeydə alınır. Bundan sonra ilkin müdaxilə tədbirlərinə başlanılır. Dispetçer əməkdaşı liftdəki dayanma problemini və yaranmış vəziyyəti məsafədən düzəltmək üçün addımlar atır”.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 502 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 502 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 502 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 502 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 502 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 502 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 502 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 502 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 502 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 502 baxış
Seçilmişlər
icon