Pleyeri seçin:

"İşləməyən eskalatorlar işləyənlərdən çoxdur" | Sakinlərin müraciətinə baxılmır? - Baku TV

25 avqust 2026 375 baxış

Paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsinə gedən yolda, Bayraq Meydanı yaxınlığındakı yeraltı keçiddə eskalator iki ildən çoxdur fəaliyyət göstərmir.

Vətəndaşların sözlərinə görə, eskalator lentlə bağlanıb və qarşısına “işləmir” xəbərdarlığı qoyulub. Yeraltı keçiddən istifadə edən sakinlər, xüsusilə yaşlı insanlar və uşaq arabası ilə hərəkət edən valideynlər üçün pilləkənlərlə qalxıb-düşməyin çətinlik yaratdığını bildirirlər.

Bu, paytaxtda eskalatorlarla bağlı ilk problem deyil. Vətəndaşlar müxtəlif ərazilərdə eskalatorların uzun müddət işləmədiyini deyirlər. Bildirilir ki, bəzi eskalatorlar bir müddət işləsə də, daha sonra yenidən sıradan çıxır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, paytaxtda işləməyən eskalatorların təmiri və yenilənməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən isə qeyd edilib ki, Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan eskalator və mexanizmlər yeniləndikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediləcək.

Bildirilib ki, yeni eskalatorlar artıq sifariş edilib. Hazırda mövcud eskalatorlara xidmət Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Banner
Apteklərdə lisenziyasız müayinələr aşkarlanarsa, hansı tədbirlər görüləcək? - Baku TV CANLI

Apteklərdə lisenziyasız müayinələr aşkarlanarsa, hansı tədbirlər görüləcək? - Baku TV CANLI

Cəmiyyət
23 noyabr 2026 375 baxış
Ağır qəzanın təfərrüatları | Sifariş edilən ayıq sürücüdən niyə imtina edilib? - Baku TV

Ağır qəzanın təfərrüatları | Sifariş edilən ayıq sürücüdən niyə imtina edilib? - Baku TV

Cəmiyyət
23 noyabr 2026 375 baxış
Hava limanı yolunda dəyişiklik | Elektron tabloların götürülməsinə səbəb nədir? - ƏSAS XƏBƏR

Hava limanı yolunda dəyişiklik | Elektron tabloların götürülməsinə səbəb nədir? - ƏSAS XƏBƏR

Cəmiyyət
23 noyabr 2026 375 baxış
Azərbaycanda tibb ocaqlarında cihaz çatışmazlığı var? - AKTUAL GÜNDƏM

Azərbaycanda tibb ocaqlarında cihaz çatışmazlığı var? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 noyabr 2026 375 baxış
2027-ci ildən ailələrin uçotu dəyişir | Bu, vətəndaşlara necə təsir edəcək? - Baku TV

2027-ci ildən ailələrin uçotu dəyişir | Bu, vətəndaşlara necə təsir edəcək? - Baku TV

Cəmiyyət
23 noyabr 2026 375 baxış
Təhsil ocağı çirkab sularına qərq oldu

Təhsil ocağı çirkab sularına qərq oldu

Cəmiyyət
23 noyabr 2026 375 baxış
"Mənim bağımın içindən niyə yol çəkmisən?" | "Ləhiş bağları"nda qonşuların torpaq davası - Baku TV

"Mənim bağımın içindən niyə yol çəkmisən?" | "Ləhiş bağları"nda qonşuların torpaq davası - Baku TV

Cəmiyyət
23 noyabr 2026 375 baxış
Valideynləri narahat edən yol problemi nə vaxt həll olunacaq?

Valideynləri narahat edən yol problemi nə vaxt həll olunacaq?

Cəmiyyət
23 noyabr 2026 375 baxış
DİN-dən hava limanında sürücüləri çaşbaş salan vəziyyətlə bağlı açıqlama - Baku TV

DİN-dən hava limanında sürücüləri çaşbaş salan vəziyyətlə bağlı açıqlama - Baku TV

Cəmiyyət
23 noyabr 2026 375 baxış
"Mən o dibə düşməmişəm, çox şükür" | Müğənni finalda saçını niyə kəsmişdi? - QAPQARA

"Mən o dibə düşməmişəm, çox şükür" | Müğənni finalda saçını niyə kəsmişdi? - QAPQARA

Cəmiyyət
23 noyabr 2026 375 baxış
Seçilmişlər
icon