İsmayıllıda yeni məktəb istifadəyə verilib
Tədris ilinin başlanğıcında İsmayıllıda yeni məktəb binası istifadəyə verilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada 280 şagirdlik 4 saylı tam orta məktəb üçün yeni bina tikilib.
Bu ilin yanvarında başladılan tikinti işləri nəticəsində 3 korpusdan ibarət yeni tədris müəssisəsi inşa olunub.
1979-cu ildə inşa olunmuş təhsil ocağı ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Hazırda isə məktəb zəruri avadanlıq, fənn kabinetləri və labaratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
İdman zalı ilə yanaşı, açıq idman meydançası da istifadəyə verilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Beləliklə, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni təhsil ocaqlarının istifadəyə verilməsi ölkədə gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına bir töhfədir.