Pleyeri seçin:

Kağız və mürəkkəbdən rəqəmsal mediaya gedən yol | Nələr dəyişdi, nələr qaldı?

22 iyul 2025 379 baxış

Bir zamanlar insanlar hər səhər yeni çıxan qəzetləri əldə etmək üçün növbəyə dayanır və günə qəzet oxumaqla başlayırdılar. Media ilk gücünü kağız və mürəkkəbdən alırdı. Texnologiyanın inkişafı qəzetin populyarlığını azaltsa da, hələ də istər dünyada, istərsə də ölkəmizdə medianın təməlinin sadiq oxuyucuları var.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, xəbərin alt qatındakı mətləbləri izahı etmək üçün analitik yanaşma vacibdir və bu işin ən peşəkar forması qəzet jurnalistikasında öz əksini tapır.

Radionun yaranması isə xəbəri səsə çevirdi. Bu gün eyni vaxtda milyonlarla insan informasiyanı avtomobilində, yolda alır. Şəhərin səsinə qarışan radiomuz medianın ayrılmaz bir hissəsidir.

Radio aparıcısı Rəhman Rəsulovun sözlərinə görə, bu gün radio həm Azərbaycanda, həm də dünyada aktuallığını qoruyur və bu gündən sonra da bu, belə davam edəcək:

“Radiolar dəqiqləşdirilməmiş informasiyanı dinləyicilərlə bölüşmür, daim doğru xəbərləri çatdırır. İnsanlar radio sayəsində operativ şəkildə doğru informasiyaları qəbul edir, həmçinin xoş musiqilərdən zövq alırlar”.

Televiziya isə medianın üzünü dəyişdi. Xəbər artıq oxunan və eşidilən yox, eyni zamanda görünən olmağa başladı. Ekran qarşısındakı milyonlarla tamaşaçı üçün xəbər ailələrin evinə açılan bir pəncərəyə çevrildi.

Bu gün isə xəbər artıq barmaqlarımızın ucundadır: telefon ekranlarında, sosial media lentində. Redaksiyalar təkcə xəbəri istehsal etmir, eyni zamanda onu sosial şəbəkələrdə paylaşaraq izləyicilərlə anında əlaqə qurur.

Qəzetin səhifələrindən başlayan mətbuatın yolu radionun səsinə, televiziyanın ekranına və nəhayət, sosial medianın sürətinə çatdı. Dünya dəyişir, informasiya yayımının formaları yenilənir, amma bir həqiqət dəyişməz qalır: insanların informasiya ehtiyacı. Çünki informasiya tək bir günə aid deyil, o həm də cəmiyyətin yaddaşı və tarixidir.

"2 övladım imkansızlıqdan..." | Ailənin müraciəti ilə bağlı aidiyyəti qurumdan açıqlama - Baku TV

"2 övladım imkansızlıqdan..." | Ailənin müraciəti ilə bağlı aidiyyəti qurumdan açıqlama - Baku TV

Cəmiyyət
19 iyun 2026 379 baxış
Tələbələr 2000 verməsələr, məzun ola bilmirlər? | “Narazılıqları bilirik...” - Baku TV

Tələbələr 2000 verməsələr, məzun ola bilmirlər? | “Narazılıqları bilirik...” - Baku TV

Cəmiyyət
19 iyun 2026 379 baxış
"Heyifdir, torpaqda çürüməsin" | Öləndə başqasına həyat vermək istəyənlər nə etməlidir? - Baku TV

"Heyifdir, torpaqda çürüməsin" | Öləndə başqasına həyat vermək istəyənlər nə etməlidir? - Baku TV

Cəmiyyət
19 iyun 2026 379 baxış
II və III qruplar üzrə qəbul imtahanının nəticələri barədə vacib açıqlamalar - HANSI İXTİSAS?

II və III qruplar üzrə qəbul imtahanının nəticələri barədə vacib açıqlamalar - HANSI İXTİSAS?

Cəmiyyət
19 iyun 2026 379 baxış
Hansı çimərliklər daha təhlükəlidir? - FHN-dən əhaliyə təcili xəbərdarlıq - Baku TV

Hansı çimərliklər daha təhlükəlidir? - FHN-dən əhaliyə təcili xəbərdarlıq - Baku TV

Cəmiyyət
19 iyun 2026 379 baxış
BDYPİ-dən sakinlərə mühüm müraciət

BDYPİ-dən sakinlərə mühüm müraciət

Cəmiyyət
19 iyun 2026 379 baxış
"Xəbərsiz gətirib qoyub!" - Qalmaqal: qonşular kişinin əməlinə dözmədi: "4-5 gündür ki..." - Baku TV

"Xəbərsiz gətirib qoyub!" - Qalmaqal: qonşular kişinin əməlinə dözmədi: "4-5 gündür ki..." - Baku TV

Cəmiyyət
19 iyun 2026 379 baxış
Dünyaca məşhur Subway sendviçləri artıq Bakıda | Fərqli dad, yeni məkan axtarırsınızsa... - Baku TV

Dünyaca məşhur Subway sendviçləri artıq Bakıda | Fərqli dad, yeni məkan axtarırsınızsa... - Baku TV

Cəmiyyət
19 iyun 2026 379 baxış
Sürücülər bunu görüb yanılsa, nəticə ağır ola bilər | Təhlükə yaradan xətlənmə - NECƏ OLMALIDIR?

Sürücülər bunu görüb yanılsa, nəticə ağır ola bilər | Təhlükə yaradan xətlənmə - NECƏ OLMALIDIR?

Cəmiyyət
19 iyun 2026 379 baxış
Azərbaycan Metrologiya İnstitutuna mediatur təşkil olunub - Baku TV

Azərbaycan Metrologiya İnstitutuna mediatur təşkil olunub - Baku TV

Cəmiyyət
19 iyun 2026 379 baxış
Seçilmişlər
icon