Pleyeri seçin:

Kameralı eynək almaq istəyənlər bunları bilsin | Zərərlidir, yoxsa...?

15 fevral 2025 772 baxış

Qanunsuz mini kameralı eynəklər ilk baxışdan adi bir aksesuar təsirini bağışlasa da, əslində şəxsi məxfiliyi pozmaq və gizli müşahidə aparmaq məqsədilə dizayn edilib.

Belə cihazların istifadəsi qanunla qadağan olunsa da, satışı həyata keçirilir.

Sosial şəbəkələrdə açıq şəkildə “çatdırılma” xidməti ilə təklif olunan bu eynəkləri almaq istəyən şəxsin qeyd olunan nömrəyə zəng etməsi kifayətdir. Zəng etdiyiniz zaman isə avtomatik olaraq “nömrə təyin olunmayıb” ifadəsini eşidirsiniz. Hər nə qədər “nömrə təyin olunmasa” da, mesaj yazdığımız zaman dərhal cavablandırılır. Bu üsul həm satıcının anonimliyini, həm də əməliyyatın gizliliyini qorumaq üçün nəzərdə tutulub.

Mütəxəssislərin sözlərinə görə, bu məhsulların istifadə qaydalarına düzgün riayət edilmədiyi zaman ciddi təhlükəsizlik riskləri böyükdür.

“Bu eynəklərin şüşəsi həddindən artıq tünd olduğuna görə adi eynək kimi maşın, velosiped sürəndə istifadə edilməməlidir. Eynəklərin üstündə xüsusi mexanizimlər olduğuna görə həddindən artıq qızma nəticəsində partlama halı baş verə və bu zaman gözlər ciddi zərər görə bilər”, – deyə təhlükəsizlik üzrə ekspert Orxan Musayev qeyd edib.

Həm satışı, həm də istifadəsi qanunsuz olan bu məhsullar gömrükdən necə keçirilir?

Dövlət Gömrük Komitəsindən bildirilir ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin ölkə ərazisinə gətirilməsi üçün xüsusi icazənin verilməsi qaydaları və xüsusi icazəni verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə tənzimlənir.

“Adı çəkilən fərmanın iki nömrəli əlavəsinin 12-ci bölməsinə əsasən, əşyaların dövriyyəsinə xüsusi icazə müvafiq xüsusi icazəni verən dövlət orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin xüsusi icazə sənədi təqdim olunmadıqda ölkə ərazisinə gətirilməsinə yol verilmir. Müvafiq icazə yalnız müəyyən dövlət orqanlarına verilir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna görə, bu texniki vasitələrdən yalnız hüquq-mühafizə və xüsusi xidmət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar istifadə edə bilər”.

Belə olan halda, bu məhsulların satışı qanunla necə tənzimlənir?

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, Cinayət Məcəlləsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə cinayət məsuliyyəti yaradır.

"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 772 baxış
"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

Cəmiyyət
25 sentyabr 2026 772 baxış
“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

Cəmiyyət
25 sentyabr 2026 772 baxış
Kütləvi xəstəlik iddiası: Toyuq qıtlığının əsl səbəbi budur? - AKTUAL GÜNDƏM

Kütləvi xəstəlik iddiası: Toyuq qıtlığının əsl səbəbi budur? - AKTUAL GÜNDƏM

Cəmiyyət
25 sentyabr 2026 772 baxış
Formula 1 könüllüləri Bakıda tarix yazır

Formula 1 könüllüləri Bakıda tarix yazır

Cəmiyyət
25 sentyabr 2026 772 baxış
"Qapının altından girdi..." | Günəşlidə dəhşət saçan ərazi | Sakinlər təşviş içində - Baku TV

"Qapının altından girdi..." | Günəşlidə dəhşət saçan ərazi | Sakinlər təşviş içində - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 772 baxış
Ətraf ərazilərdən Bakıya gələn sərnişinlər üçün hansı yeniliklər edilib? - Baku TV CANLI

Ətraf ərazilərdən Bakıya gələn sərnişinlər üçün hansı yeniliklər edilib? - Baku TV CANLI

Cəmiyyət
25 sentyabr 2026 772 baxış
Günəşlidə dəhşət: İlanlar həyətlərə qədər necə gəlib çıxır? - Baku TV CANLI

Günəşlidə dəhşət: İlanlar həyətlərə qədər necə gəlib çıxır? - Baku TV CANLI

Cəmiyyət
25 sentyabr 2026 772 baxış
“İkisinə minsinlər, elə mümkün deyil” | Yeni Günəşli sakinlərinin avtobus çiləsi - Baku TV

“İkisinə minsinlər, elə mümkün deyil” | Yeni Günəşli sakinlərinin avtobus çiləsi - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 772 baxış
Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?

Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?

Cəmiyyət
25 sentyabr 2026 772 baxış
Seçilmişlər
icon