Pleyeri seçin:

Kartla ödənişdə fırıldaqçılıq | Sahibkarlara vacib xəbərdarlıq

29 oktyabr 2024 545 baxış

Nağdsız ödəniş zamanı “terminalımız işləmir, zəhmət olmasa, ödənişi kartdan-karta göndərin” kimi ifadələrlə çoxları qarşılaşır.

Azərbaycan Banklar Assosiasiyası bildirir ki, bunlar nağdsız ödəniş qəbul etmək istəməyən sahibkarların bəhanələridir. Belə ki, bir çox hallarda terminalla ödənişdən yayınmaq üçün qurğu “təyyarə rejimi”nə keçirilir.

Qurumdan isə bildirilir ki, POS-terminal avadanlıqları quraşdırılan zaman təlim keçirilir və istifadə qaydalarının əks olunduğu kitabçalar təqdim olunur.

Bundan əlavə, müvafiq bank öz terminallarına texniki dəstək üçün qaynar xətt nömrələrini terminalların üzərində əks etdirərək dayanıqsız fəaliyyət üçün imkan yaradır. POS-terminalların istifadəsində maraqlı olan sahibkarlar həmin qaynar xəttə zəng edərək yaranmış texniki çətinliyin operativ aradan qaldırılmasını tələb etməlidir.

Amma görünən mənzərə başqadır. Sahibkarlar ödənişi kartdan-karta əldə etməkdə daha çox maraqlıdırlar.

Ödənişin kartdan-karta tələb olunması müştərilərə kassa çekinin verilməməsi ilə yanaşı, sahibkarlar üçün də ciddi problem yarada bilər.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

Bir sözlə, müəyyən olunmuş ticarət və xidmət obyektlərində nağdsız ödənişlər yalnız POS-terminal vasitəsilə həyata keçirilməlidir. Müştəriyə elektron ödəniş etmək imkanını təmin etmək sahibkarın vəzifəsidir. 

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 545 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 545 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 545 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 545 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 545 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 545 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 545 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 545 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 545 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 545 baxış
Seçilmişlər
icon