Cəmiyyət
Pleyeri seçin:

Kərə yağının bilmədiyiniz fəsadları | Sağlamlığa təhlükəli olan nüanslar açıqlandı

10 noyabr 2024

Kərə yağı bəzi insanların sağlamlığına təhlükədir.

Ekspertlər bildirirlər ki, kərə yağının qəbulu kəskin pankreatit və laktoza dözümsüzlüyü olan insanlar üçün tamamilə əks göstərişdir. Özü də onlara yağ təkcə təmiz halda deyil, çörək, bulka və digər xörəklərin tərkibində də olmaz.

Hamilə və süd verən qadınlarda çəki kəskin şəkildə artırsa, onlar da kərə yağı qəbulunu məhdudlaşdırmalıdırlar. 7 aylığa qədər uşaqlara isə bu məhsulu vermək məsləhət görülmür.

Mədə-bağırsaq problemləri olan yaşlı insanlara diyetoloqlar gündə 10 qramdan çox yağ yeməməyi məsləhət görürlər. Bu yaşda yağlı və kalorili qidalar çətin həzm olunur və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Bundan əlavə, kərə yağı artıq çəkisi, aterosklerozu, öd daşı xəstəliyi, ürək-damar xəstəlikləri, xüsusilə metabolik xarakterli xəstəlikləri olan insanlara əks göstərişdir. Bunun səbəbi məhsulun tərkibində xolesterinin yüksək olması və kalorililiyidir.

Qeyd edək ki, sağlam insanlara kərə yağı gündə 30 qramdan çox olmamaq şərti ilə faydalıdır. Təbii mənşəli olması, asan həzm olunması və qidalı maddələrlə zəngin tərkibi müntəzəm istifadə zamanı kərə yağının sağlamlığa müsbət təsirindən danışmağa imkan verir.

Enerji mənbəyi sayılır. Hüceyrələrin yenilənməsinə kömək edir ki, bu da zehni əmək zamanı iş qabiliyyətini və davamlılığı artırır.

Bundan başqa, xərçəng xəstəliklərinin profilaktikasına xidmət edir, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur və yaşlanma prosesini yavaşladır.

Gündəlik bu dozada istifadə qəbizlik riskini azaldaraq mədə-bağırsaq sisteminin işini normallaşdırır, selikli qişaların işini tənzimləyir, cinsiyyət hormonlarının sintezində iştirak edir, immuniteti gücləndirir, sümük sistemini və dişləri möhkəmləndirir. Ürək-damar sistemini yaxşılaşdırır, qan damarlarının elastikliyini və tonusunu qoruyur, görmə qabiliyyətini, həmçinin dəri, saç və dırnaqların vəziyyətini də normal saxlayır.

Kopyalandı
Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Cəmiyyət
22 noyabr 2024
Bunu edənlər psixi sağlamlıqdan əziyyət çəkmir | Alimlərdən maraqlı araşdırma

Bunu edənlər psixi sağlamlıqdan əziyyət çəkmir | Alimlərdən maraqlı araşdırma

Cəmiyyət
22 noyabr 2024
Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Cəmiyyət
22 noyabr 2024
Müştəri “plyonka”nı sökdürür ki, cərimələyirlər.. | Qurum məsələyə aydınlıq gətirdi

Müştəri “plyonka”nı sökdürür ki, cərimələyirlər.. | Qurum məsələyə aydınlıq gətirdi

Cəmiyyət
22 noyabr 2024
Müştəri evdə yağı əritməyinə peşman oldu |  AQTA-dan məsələ ilə bağlı açıqlama

Müştəri evdə yağı əritməyinə peşman oldu | AQTA-dan məsələ ilə bağlı açıqlama

Cəmiyyət
22 noyabr 2024
İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

Cəmiyyət
22 noyabr 2024
Sərhəd Qoşunlarında xidmət edən 2 minə yaxın hərbi qulluqçu mükafatlandırılıb

Sərhəd Qoşunlarında xidmət edən 2 minə yaxın hərbi qulluqçu mükafatlandırılıb

Cəmiyyət
22 noyabr 2024
Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Cəmiyyət
22 noyabr 2024
Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Cəmiyyət
22 noyabr 2024
Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Cəmiyyət
22 noyabr 2024
Seçilmişlər
icon