Pleyeri seçin:

“Kəsməmişdən əvvəl mütləq...” | Qarpızı soyuducuda nə qədər saxlamaq olar?

07 iyul 2025 898 baxış

Yay aylarının sevilən giləmeyvələrindən biri də qarpızdır.

Qarpız həzm prosesini rahatlaşdırır, həmçinin susuzluğu aradan qaldırır. Hər nə qədər qarpızı çox sevsək də, mütəxəssislər bu dövrdə onun istehlakına ehtiyatla yanaşmağı tövsiyə edirlər. Son zamanlar bu giləmeyvədən zəhərlənənlərin sayı da az deyil.

Mütəxəssislər bildirirlər ki, sağlam və təhlükəsiz qarpız istehlakı üçün ən münasib vaxt iyul ayından başlayır.

“Qarpızın təbii şəkildə yetişmə dövrü iyulun sonu, avqustun əvvəlləridir. Bəzi fermerlər onun daha tez yetişməsi üçün müxtəlif dərmanlardan istifadə edirlər. Bu səbəbdən zəhərlənmə halları baş verir.

Torpağa azot tərkibli gübrələr verilir və normaya əməl olunmadıqda həddindən artıq çox gübrə verilməsi qarpızın tərkibində nitratın miqdarını artırır. Çox vaxt isə yol kənarında satılan qarpızlar günün altında saatlarla, bəzən günlərlə qalır və nəticədə, keyfiyyətini itirir, zəhərlənməyə səbəb olur”, – deyə sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib.

Ekspert qeyd edib ki, qarpızı kəsməzdən əvvəl mütləq yumaq lazımdır: “Kəsdikdən sonra iki saatdan artıq otaq temperaturunda saxlamaq olmaz. Soyuducuda isə 1 gündən artıq saxlamaq tövsiyə edilmir”.

Həkimlərin sözlərinə görə, qarpız qaraciyər, mədə və ürək xəstəlikləri zamanı istifadə edilən pəhriz reseptlərinə daxildir. Böyrəklərdəki daş və duzları əritmək üçün də bu giləmeyvə ən yaxşı vasitələrdən biri hesab olunur. Həmçinin piylənmə problemi olan insanlar qarpızdan daha çox istifadə edə bilərlər. 

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 898 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 898 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 898 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 898 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 898 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 898 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 898 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 898 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 898 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 898 baxış
Seçilmişlər
icon