Pleyeri seçin:

Kibertəhlükəsizlik üzrə mütəxəssislər hərəkətə keçdi | Android istifadəçiləri diqqətli olun!

27 avqust 2024 528 baxış

Kibertəhlükəsizlik üzrə mütəxəssislər "Android" istifadəçilərinə hədəflənmiş yeni zərərli proqram təminatı aşkar ediblər.

Yeni zərərli proqram təminatı "NGate" adlanır. O, kredit kart məlumatlarının oğurlanması üçün smartfonlardakı NFC çipindən istifadə edir.

Məlumatda qeyd edilib ki, bu zərərli proqram təminatı qurbanın smartfonundakı NFC çipi vasitəsilə oxunulan məlumatları dələduzun smartfonuna ötürür. Dələduz isə öz növbəsində əldə edilmiş məlumatlar vasitəsilə qurbanın bank kartını imitasiya edərək onun adından alış-veriş edə və ya kartdan pul çıxara bilər.

Məlumata əsasən, "NGate" keçən ilin noyabr ayından aktivdir. Hələ bir neçə müddət bundan öncə ESET şirkəti Çexiyada bank hesablarının oğurlanması barəsində hesabat təqdim etmişdi. Çox güman ki, "NGate" adlı zərərli proqram təminatı da həmin hadisə ilə əlaqəlidir.

Bu zərərli proqram təminatının iştirakı ilə reallaşdırılan kiberhücumlar fişinq (phishing) mesajlardan, robot zənglərdən və zərərli reklamlardan başlayır. Bu cür üsullar istifadəçini PWA (Progressive Web App) və ya WebAPK tətbiqlərini yükləməyə məcbur edirlər.

Bu zərərli tətbiqlər istifadəçinin hesab məlumatlarını oğurlayır və daha sonra "NGate" öz növbəsində "NFCGate"dən istifadə edərək bank kartı məlumatlarını oğurlamağa başlayır. Dələduz isə oğurlanmış bank kartı məlumatlarını virtual kart şəklində saxlaya bilir.

Bu üsul ilə o, POS terminallarda ödəniş edə və ya bankomatlardan pul çıxara bilər. Bankomatlardan pul vəsaitinin virtual kart vasitəsilə çıxarılması üçün lazım olan PIN kodu onlar sosial mühəndislik vasitəsilə əldə edirlər.

İstifadəçilərə istifadə etmədikləri halda NFC funksiyasının deaktiv edilməsi və bank tətbiqlərinin yalnız rəsmi mənbələrdən yüklənməsi məsləhət görülür.

Banner
"Kapital Bank"dan Gəncə sakinləri üçün yenilik | Rəqəmsal bank xidmətləri genişlənir - Baku TV

"Kapital Bank"dan Gəncə sakinləri üçün yenilik | Rəqəmsal bank xidmətləri genişlənir - Baku TV

Cəmiyyət
04 noyabr 2026 528 baxış
"Telefonundakı səslərdən başa düşdük ki..." | Yuxuda şəhidin tabutunu gördü, səhəri gün...

"Telefonundakı səslərdən başa düşdük ki..." | Yuxuda şəhidin tabutunu gördü, səhəri gün...

Cəmiyyət
04 noyabr 2026 528 baxış
“Ziyan ziyan dalınca, qabağını ala bilmirik” - Kartofçuluq niyə təhlükə altında qalıb? - Baku TV

“Ziyan ziyan dalınca, qabağını ala bilmirik” - Kartofçuluq niyə təhlükə altında qalıb? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 528 baxış
Nə maşın var, nə də pul | Gəncədə qadına qarşı dələduzluq - ƏSAS XƏBƏR

Nə maşın var, nə də pul | Gəncədə qadına qarşı dələduzluq - ƏSAS XƏBƏR

Cəmiyyət
04 noyabr 2026 528 baxış
"Dedi ki, hərbçiyə maşını vermişəm ki, satsın" | Avtomobil almaq istədi, dələduzluqla üzləşdi

"Dedi ki, hərbçiyə maşını vermişəm ki, satsın" | Avtomobil almaq istədi, dələduzluqla üzləşdi

Cəmiyyət
04 noyabr 2026 528 baxış
“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

Cəmiyyət
04 noyabr 2026 528 baxış
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

Cəmiyyət
04 noyabr 2026 528 baxış
Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Cəmiyyət
04 noyabr 2026 528 baxış
"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

Cəmiyyət
04 noyabr 2026 528 baxış
Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Cəmiyyət
04 noyabr 2026 528 baxış
Seçilmişlər
icon