Maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
Yüksək təhsil haqqı müəyyən edən özəl bağçaların maliyyələşməsi müsabiqəsindən keçməsi ehtimalı daha aşağı olacaq.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qiymətləndirmə zamanı əsas meyarlardan biri müəssisənin maliyyə səmərəliliyidir:
"Bu meyar yüksək bal çəkisinə malikdir və müəssisənin standart xidmətləri hansı məbləğdə təklif etməsi nəzərə alınacaq. Buna görə də həddindən artıq yüksək təhsil haqqı müəyyən edən müəssisələrin qalib olmaq ehtimalı daha aşağı olacaq. Valideynlərə də elanları diqqətlə izləmələri və qaliblər açıqlandıqdan sonra özlərinə uyğun müəssisələri seçmələri tövsiyə olunub".
MÜTDA rəsmisi xatırladıb ki, bu il maliyyələşmə modeli çərçivəsində 8 000 uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur.
#Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi teqi istifadə olunub
- “Əgər müəssisənin təhsil haqqı çox yüksəkdirsə...” | Özəl bağçalarla bağlı açıqlama - Baku TV
- Dövlət özəl bağçalarda oxuyan uşaqların təhsil haqqına 70 faizədək dəstək verəcək - Baku TV
- Valideynlər məktəbəqədər təhsillə bağlı bu qaydaları bilsin - Baku TV
- Məzunlar attestatı necə alacaq? - Yeni tədris ili barədə məlumatlar - Baku TV
- "Rəqəmsal məktəb" daha beş şəhərdə tətbiq olunacaq
