Pleyeri seçin:

Koronavirusun yeni ştammı dünyanı hərəkətə keçirdi

15 avqust 2023 633 baxış

2023-cü ilin fevral ayında ilk dəfə aşkarlanmış koronavirusun "Omikron" ştamının yeni alt tipi EG.5 ÜST-ün diqqətini cəlb edən variant kimi dəyərləndirilib. Hazırda bu statusda olan daha iki variantdan XBB.1.5-in yayılma sayı azalmaqda, digəri isə XBB.1.16-nın səviyyəsi stabil qalmaqdadır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, dünya əhalisinin əksər hissəsinin peyvənd olunması və infeksiyanı keçirməsi nəticəsində yaranan immunitet bu və ya digər dərəcədə onları qoruyur.

"Virusun yeni ştamlarının əmələ gəlməsi onun mutasiyaları ilə əlaqədardır. Bu da təbii bir prosesdir və virusun təkamülünün bir mərhələsidir. Təcrübə göstərir ki, ən yeni ştam əvvəlkini yoluxdurma qabiliyyətinə və bununla bağlı yayılma sürətinə görə digərlərini üstələsə də, ağır xəstəlik törətmək qabiliyyəti xeyli zəifdir. Omikronun EG.5 variantı ilə bağlı narahatlıq son dövrdə bu ştama yoluxma hallarının sayındakı artımlarla bağlıdır.

Xəstəliyə yoluxma halları əsasən ABŞ, Avropada və Sakit Okeanın qərb hissəsində müşahidə olunur. ÜST rəsmiləri tərəfindən bu tendensiyanın davam edəcəyi, payızda pik həddinə çatacağı və onun dominant ştama çevriləcəyi proqnozlaşdırılır. Lakin xüsusi, daha sərt karantin tədbirlərinin tətbiqinə ehtiyac yoxdur”, – deyə infeksionist bildirib.

Təyyar Eyvazov onu da qeyd edib ki, Azərbaycanda bu məsələ Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, ölkəmizdəki mövcud testlər koronavirusu növündən asılı olmayaraq aşkarlamağa imkan verir. Operativ Qərargahın statistik məlumatlarına əsasən, hazırda epidemioloji vəziyyət stabil qalmaqdadır, infeksiyanın yayılma səviyyəsi çox aşağıdır.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 633 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 633 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 633 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 633 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Seçilmişlər
icon