Laçının bu kəndi yenidən necə qurulur? - Görülən işlər açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.
Bir neçə aydan sonra illərlə yurd həsrətində olan sakinlər öz el-obalarına qovuşacaqlar.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Bəylik kəndi üzrə nümayəndəsi Ramiz Həsənov bərpa və yenidənqurma işləri barədə danışaraq qeyd edib ki, artıq kənddə son tamamlanma işləri aparılır:
“Evlər fərdi qaydada istilik sistemi, eləcə də mətbəx mebeli ilə təchiz edilib. Fasad, həmçinin daxili bəzək işləri yekunlaşıb. Yaxın vaxtlarda asfalt örtüyünün salınmasına da başlanılacaq”.
Kəndin bərpasını həyata keçirən işçilər də işğaldan azad olunmuş torpaqlarımızda çalışmaqdan şərəf hissi duyduqlarını söyləyiblər.
“Qürur hissi keçiririk ki, bir neçə aydan sonra Bəylik kəndinin sakinləri öz evlərinə qayıdacaqlar”, – Qabil Quliyev deyib.
#Laçın rayonu teqi istifadə olunub
- Sakinlərdən nümunəvi təşəbbüs | Laçında qəhrəman oğulların xatirəsi ehtiramla yad edildi - Baku TV
- Azərbaycan Alban-Udi Dini İcmasının üzvləri Ağoğlan monastırını ziyarət ediblər - Baku TV
- Özünüməşğulluq proqramına cəlb edilən laçınlılar təəssüratlarını bölüşdü - Baku TV
- Laçının kənd sakini gözləmədiyi mənzərə ilə qarşılaşdı | Qurumlar təcili hərəkətə keçdi
- "Latifa" Laçın tikiş fabrikinin fəaliyyəti
