Cəmiyyət
Pleyeri seçin:
Laçınlı ailə 34 il sonra eyni fotonu təkrarladı
Laçınlı ailə eyni məkanda 34 il fərqlə foto çəkdirib. Şəkil Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Facebook” hesabında paylaşılıb.
Laçınlı ata, ana və oğlu 1989-cu ildə çəkdirdikləri fotonu işğaldan azad olunan rayonda 2023-cü ildə yenidən təkrarlayıb.
Qeyd edək ki, Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan Üçtərəfli Bəyanata müvafiq olaraq Laçın rayonu boşaldılaraq dekabrın 1-də Azərbaycana təhvil verilib.
Kopyalandı
Seçilmişlər