Cəmiyyət
Pleyeri seçin:
Maşınım yoxdursa, ölməliyəm? - Şəki sakinlərini boğaza yığan yol problemi
Şəkinin Aşağı Layısqı kəndinin sakinləri yol problemindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, kəndə bir dəfə də olsun asfalt örtüyü salınmayıb və yolun üç kilometrlik hisssi yararsız vəziyyətdədir.
Daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər. İstər qış, istər yay aylarında kəndə gəlib-getmək demək olar ki, mümkünsüzə çevrilib.
“Xəstəmiz olanda təcili yardım gəlmir. Həkim çağıranda, deyirlər, maşın gətirin. Maşını yoxdursa, xəstə ölməlidir?! Xeyrə-şərə gələn deyir ki, bu necə kənddir, bu nə yaşayışdır?!”, – deyə sakinlər narazılıq bildiriblər.
Kopyalandı
Seçilmişlər