Məktəblər açılır, Bakı yollarında vəziyyət necə olacaq? - Baku TV
Paytaxtın bir sıra ərazilərində, xüsusilə yollarda təmir-tikinti işləri aparılır.
Nərimanov rayonunun Təbriz küçəsində də iyul ayından etibarən təmir-bərpa işlərinə başlanılıb. Sürücülər bildirirlər ki, yolun bir hissəsinin bağlanması və hərəkət zolaqlarının daralması nəqliyyatın hərəkətində çətinlik yaradır.
Hazırda ərazidə yolun sol hissəsində velosiped xəttinin çəkilməsi ilə bağlı işlər aparılır. Bununla yanaşı, yolayrıcındakı beton səddin sökülməsi də həyata keçirilir.
Sürücülərin sözlərinə görə, avtomobillərin intensiv hərəkət etdiyi Təbriz küçəsində təmir işlərinin ləng və fasilələrlə aparılması vəziyyəti daha da çətinləşdirir. Ərazidə çalışan işçilər isə işlərin dekabr ayına qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu bildiriblər.
Sürücüləri narahat edən əsas məqamlardan biri də yeni tədris ilinin başlamasıdır. Məktəb və universitetlərin açılması ilə küçədə nəqliyyatın daha da intensivləşəcəyi, bunun isə tıxacların uzanmasına səbəb olacağı bildirilir.
#Yol təmiri teqi istifadə olunub
- İnandı, dələduzluğun qurbanı oldu | TikTok "ekstrasens"i vətəndaşı necə aldatdı? - XÜLASƏ
- Əliyar Əliyev küçəsinin sakinləri acınacaqlı vəziyyətdən təngə gəliblər
- Bakının daha iki yolunda təmir işləri aparılır, hərəkət məhdudlaşdırılır - Baku TV
- "Çəkilişin olmağını istəmirdim" | Xanımı rəhmətə gedən sakinin əməli hamını təsirləndirdi - Baku TV
- Bayram günlərində Bakıda təmir ediləcək yolların siyahısı - Baku TV
