Pleyeri seçin:

Məmur ona görə ailəsini dağıtdı | Nərgiz Xəlilova Bakı meri ilə gizli eşq yaşayıb? - AYDIN TARİX

23 iyun 2026 531 baxış

“Aydın tarix” verilişinin yeni buraxılışı XX əsr Bakısının ən çox danışılan simalarından biri olan Nərgiz Xəlilovanın həyat hekayəsinə həsr olunub.

1950-60-cı illərin Bakısında gözəlliyi və fərqli geyim tərzi ilə əfsanəyə çevrilən Nərgiz Xəlilova şəhərin ilk dəb ikonası idi. Kübar ailədən gələn və konservatoriyada oxuyan bu gənc qadının heyranedici gözəlliyi bir çoxlarının gözünü qamaşdırsa da, taleyi böyük faciələrlə dolu oldu.

O dövrdə Bakının mərkəzində açılan modern və populyar “Nərgiz” kafesinin adı şəhərin meri Əliş Ləmbəranski tərəfindən məhz onun şərəfinə qoyulmuşdu. Söz-söhbətlərə rəğmən, onların arasında eşq macərası olmamışdı; mer, sadəcə, bu intellektual və zövqlü qadının gözəlliyinin pərəstişkarı idi.

Xarici malların qadağan olduğu Sovet rejimində fransız ətirlərinə və dəbə olan ehtirası Nərgiz xanımı valyuta alverçiləri ilə bağlayır. Nəticədə, o həbs olunur. Maraqlıdır ki, onun işini aparan müstəntiqlər belə ona vurulmuşdu. Onlardan biri – yüksəkrütbəli KQB müstəntiqi İsaak Qerşveld Nərgiz xanıma görə ailəsini dağıdır, vəzifəsindən qovulmağı gözə alaraq onunla evlənir və 16 il birlikdə yaşayırlar.

Həbsxana həyatının yaratdığı stres, övladsızlıq nisgili və çərçivələrə sığmayan azad ruhu onun səhhətini vaxtından əvvəl zəiflədir. Səhv diaqnoz və müalicələrdən sonra, 1998-ci ildə Moskvada ona leykoz diaqnozu qoyulur və Bakının unudulmaz gözəli elə həmin il dünyasını dəyişir.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 531 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 531 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 531 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 531 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 531 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 531 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 531 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 531 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 531 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 531 baxış
Seçilmişlər
icon