Pleyeri seçin:

Metroda bir ilk yaşandı | Yeni doğulan körpənin nənəsi danışdı

08 avqust 2025 714 baxış

Bu gün səhər saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasından doğuş səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Dərhal hadisə yerinə briqada cəlb olunub.

Bu barədə "Bakı Metropoliteni"nin xidmət rəisi Anar Zamanov məlumat verib.

O bildirib ki, metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Daha sonra ana və körpə müvafiq xəstəxanaya hospitalizasiya olunub.

"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək”, ‒ deyə A.Zamanov qeyd edib.

Xəstəxanadan bildirilib ki, 2005-ci il təvəllüdlü Əsmər İzzət qızı Məhərrəmova tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir. Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.

Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 santimetrdir.

Banner
"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru bu tarixdə Naxçıvanda olacaq - Baku TV

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru bu tarixdə Naxçıvanda olacaq - Baku TV

Cəmiyyət
19 noyabr 2026 714 baxış
“Ölüm qorxusu insanı günaha sövq edə bilər” | “İnsan həyatı yaşamaq əvəzinə təxirə salır” - AMİN

“Ölüm qorxusu insanı günaha sövq edə bilər” | “İnsan həyatı yaşamaq əvəzinə təxirə salır” - AMİN

Cəmiyyət
19 noyabr 2026 714 baxış
Qanunsuz evlərlə bağlı narahatlıq | Hansı tikililər sökülməli olacaq? - Baku TV

Qanunsuz evlərlə bağlı narahatlıq | Hansı tikililər sökülməli olacaq? - Baku TV

Cəmiyyət
19 noyabr 2026 714 baxış
Avropanın məşhur brendi ölkəyə gəldi | Sürücülərə hansı imkanlar yaradılacaq? - Baku TV

Avropanın məşhur brendi ölkəyə gəldi | Sürücülərə hansı imkanlar yaradılacaq? - Baku TV

Cəmiyyət
19 noyabr 2026 714 baxış
Xəzərin sahilboyu əraziləri ilə bağlı yenilik | Dövlət Xidmətinin rəsmisindən mühüm açıqlama

Xəzərin sahilboyu əraziləri ilə bağlı yenilik | Dövlət Xidmətinin rəsmisindən mühüm açıqlama

Cəmiyyət
19 noyabr 2026 714 baxış
Xəzərin sahilboyu əraziləri ilə bağlı yeniliyin detalları açıqlandı - Baku TV

Xəzərin sahilboyu əraziləri ilə bağlı yeniliyin detalları açıqlandı - Baku TV

Cəmiyyət
19 noyabr 2026 714 baxış
“Bunu qanun müəyyən edəcək” | Yararsız tikililərlə bağlı qərar nə vaxt veriləcək? - Baku TV

“Bunu qanun müəyyən edəcək” | Yararsız tikililərlə bağlı qərar nə vaxt veriləcək? - Baku TV

Cəmiyyət
19 noyabr 2026 714 baxış
"Ümidim var idi ki, mütləq..." | Cəbrayıl və Zəngilana köçən sakinlər hisslərini bölüşdü - Baku TV

"Ümidim var idi ki, mütləq..." | Cəbrayıl və Zəngilana köçən sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
19 noyabr 2026 714 baxış
Sürücülərin diqqətinə: Hava limanı yolunda hərəkət istiqamətləri dəyişir - Baku TV CANLI

Sürücülərin diqqətinə: Hava limanı yolunda hərəkət istiqamətləri dəyişir - Baku TV CANLI

Cəmiyyət
19 noyabr 2026 714 baxış
"Çox qorxulu vəziyyətdədir" | Yevlaxda qədim körpü qəzalı vəziyyətdə - Baku TV

"Çox qorxulu vəziyyətdədir" | Yevlaxda qədim körpü qəzalı vəziyyətdə - Baku TV

Cəmiyyət
19 noyabr 2026 714 baxış
Seçilmişlər
icon