Cəmiyyət
Pleyeri seçin:
Mikroavtobus sürücülərinin üsyanı | Zolaqlara girə bilmiriksə, bu nişanı niyə alırıq?
Sərnişinlərin təhlükləsiz və vaxtında ünvana çatmaları üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib.
Həmin zolaqlar müntəzəm hərəkət edən avtobuslar üçün nəzərdə tutulub və digər nəqliyyat vasitələri zolağa daxil olduğu zaman qanunla məsuliyyətə cəlb edilir.
Bu haldan isə mikroavtobus sürücüləri narazılığını bildirirlər. Onlar da digər avtobuslar kimi sərnişin daşıdıqları üçün bu zolaqdan istifadə etmək istəyirlər.
“Tələbələri, işə gedənləri aparıb-gətiririk. Camaat işə gecikir və bizdən narazılıq edir. Zolaqdan istifadə edə bilmiriksə, niyə fərqlənmə nişanı alırıq?”, – sürücülər deyiblər.
Kopyalandı
Seçilmişlər