Pleyeri seçin:

Müasirlik adı ilə bakirəlik, namus dəyərlərini yox edirlər | Azərbaycanda din və müasirlik - AMİN

20 noyabr 2024 452 baxış

“Amin” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında din və müasirlik mövzusu ətrafında müzakirə aparılıb.

Millət vəkili Fazil Mustafa Avropada və Azərbaycanda din, müasirlik anlayışlarını müqayisə edərkən bildirib ki, Qərbdə sözügedən mövzu ətrafında müzakirələr aparılmır:

“Orada din müasirliklə hər hansı mənada ziddiyyət təşkil etmir. Çünki inanc cəmiyyətdə insanın özəl məsələsi hesab olunur. Şərqdə isə bu mübahisə həmişə olub. Çünki dində daha çox geriyə doğru baxış var. Bu zaman isə din müasirliklə ziddiyyət təşkil etməyə başlayır. Təhlükəli məqam isə insanı modern dəyərlərdən uzaqlaşdırmağa çalışmasındadır”.

Fazil Mustafa vurğulayıb ki, dəyərlərə baxış əsasən üç istiqamətdə olmalıdır:

“Ölən, dəyişən və yaşayan dəyərlər var. Elə keyfiyyətlər var ki, tarixin müəyyən hissəsində yox olur. Şərqdə model mərkəzli, Avropada isə insan mərkəzli düşüncə var. Avropada insana xidmət etməyən, ona faydalı olmayan elm, fəlsəfə, din arxa plana qoyulur. Çünki bunlar cəmiyyətin tərəqqisinə mane olan keyfiyyətlər hesab olunur”.

Millət vəkili onu da əlavə edib ki, hazırda bayağılığın səviyyəsi 95 faizdir və bunu aşağı endirməyə çalışmalıyıq:

“Cəmiyyətin dəyişməsini aristokratik azlıq istəyir. Onların səviyyəsi aşağı düşəndə və yaxud təsir mexanizmi azalanda insanlar çürüməyə başlayır. Hazırda texnologiyanın bizə verdiyi imkanlardan düzgün istifadə edə bilmirik. Burada qeyd olunan azlığın gücünü göstərsək, digəriləri bayağılığa çox meyil etməyəcəklər.

Quranı oxuyaraq insan mükəmməl, kamil yetişə bilər, eyni zamanda qatil də ola bilər. Görürük ki, bəzi terror qruplaşmalarının timsalında vəhşilər yetişir. Bunlarla yanaşı, mükəmməl olan azlıqlar da var. Dində zorakılıq yoxdur və bu onun əsas prinsipidir. Ona görə də sözügedən məqamları doğru anlamaq lazımdır”.  

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 452 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 452 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 452 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 452 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 452 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 452 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 452 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 452 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 452 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 452 baxış
Seçilmişlər
icon