Müdafiə Nazirliyi əsgər valideynlərinə çağırış etdi
Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı keçirilir. Valideynlərlə görüşlər qadağan edilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir.
Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilib.
"Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik", – deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.
#Müdafiə Nazirliyi teqi istifadə olunub
- Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV
- Komando və PUA heyətimizin döyüş hazırlığı yüksək qiymətləndirilib
- Zakir Həsənov ABŞ komandanı ilə görüşdü | Yeni hərbi perspektivlər müzakirə olundu
- Yaşar Gülər Kərim Vəliyevlə "Atəş sərbəst-2025" təlimini izlədi
- Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri bir araya gəldilər
