Pleyeri seçin:
Naxçıvanda Hüseyn Cavidin ev muzeyi 8 aydır bağlıdır
Hüseyn Cavidin ev muzeyi təmir-bərpa işləri ilə əlaqədar 8 aydır bağlıdır.
Bu barədə Baku TV-nin Naxçıvan bürosundan məlumat verib. Muzeyin direktoru Tünzalə Dilanovanın sözlərinə görə, yanvar ayına kimi işlərin 80 faizi icra olunsa da, daha sonra yarımçıq qalıb.
O qeyd edib ki, muzeyə gələn ziyarətçilər Hüseyn Cavidin məqbərəsinə yönləndirilir: “Orada həm muzeyin yaranma tarixi, həm də Hüseyn Cavid haqqında məlumat verilir”.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən isə bildirilib ki, yarımçıq qalan təmir-bərpa işlərinin davam etdirilməsi üzrə aidiyyəti üzrə danışıqlar aparılır.
Kopyalandı
#Naxçıvan teqi istifadə olunub
- Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" III konqres-festival keçirilib - Baku TV
- Naxçıvanda yağış çətinliklər yaratdı | Sakinlər problemin həllini gözləyir - Baku TV
- Naxçıvanda 2800 illik sirli tapıntı | "Deşifr olundu, ortaya çıxdı ki..." - Baku TV
- İnsanların axın etdiyi müqəddəs məkanın sirri | "Bu su üstlərinə düşsə..." - Baku TV
- Ermənistan üçün tarixi şans | İrəvanın İrana və körfəzə çıxışı - Baku TV
