Cəmiyyət
Pleyeri seçin:

O gecə məni çağırdı ki... | Sənət dostları Rəhim Rəhimlinin ölümündən danışdı - RETRO BAKU

08 may 2024

“Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında bəstəkar-müğənni Rəhim Rəhimlidən bəhs olunub.

Mərhum sənətçi haqqında xatirələrini bölüşən dostları müğənninin yardımsevərliyindən danışaraq qeyd ediblər ki, o, heç vaxt bunun bilinməsini istəməyib.

“Çox əliaçıq insan idi. Elə olurdu ki, komandasının maaşları, yaxud qonorarları gecikəndə bayramqabağı olduğu üçün toyda qazandığı ilə onların pulunu verirdi”, – aparıcı Zemfira Adıgözəlova deyib.

Prodüser Arif Məmmədov türkiyəli müğənni Halil Sezai Bakıya konsertə gələrkən Rəhim Rəhimlinin onunla görüşündən söz açıb: “Rəhimə təklif edilmişdi ki, efirdə konsertin reklamını etsin. Əvəzində Halil Sezai də onun verilişində qonaq olacaq, başqa verilişə də çıxmayacaqdı. Çəkiliş vaxtı çatanda Halil Sezaidən xəbər çıxmadı. Sonra da dedilər ki, hoteldədir, içib, bayıra çıxmayacaq. Rəhim durub getdi hotelə, Halillə görüşdü. Rəhimə demişdi ki, proqrama qonaq olmağımdan xəbərim yoxdur. Rəhim elə hoteldə ondan müsahibə aldı”.

Müğənni Murad Arif isə Rəhim Rəhimlinin həyatında oynadığı mühüm roldan bəhs edib: “Rəhim Türkiyədən qayıtmışdı. Karyerasına necə davam edəcəyi barədə tərəddüləri var idi. Çünki ölkədən küskün getmişdi. İsrar etdim ki, “Maşın şou”ya gəlsin. Rəhim verilişə gəlmək istəmirdi. Daha sonra onun saqqızını oğurladım və verilişə gətirdim. Rəhim “Maşın şou”dan sonra Azərbaycanın sevimlisi oldu”.

Dostları onun öz ölümünü hiss etdiyini, canı ağrıdığını, amma bunu heç kimə bildirmədiyini, hər zaman pozitiv görünməyə çalışdığını deyirlər.

“Son vaxtlar əhvalı çox pis idi. Tez-tez gözləri dolurdu. Sanki öləcəyini bilirdi, ona hazır idi”, – şair Könül Nazimqızı söyləyib.

Musiqi məktəbindəki məsələ ilə bağlı nazirlikdən açıqlama | Gəncə

Musiqi məktəbindəki məsələ ilə bağlı nazirlikdən açıqlama | Gəncə

Cəmiyyət
19 may 2024
Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqladı | Hava haqqında məlumat

Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqladı | Hava haqqında məlumat

Cəmiyyət
19 may 2024
Selektiv abortlara şərait yaradılır? | Ekspertlərdən açıqlama

Selektiv abortlara şərait yaradılır? | Ekspertlərdən açıqlama

Cəmiyyət
19 may 2024
Zabux kəndində 32 il sonra toy sədası | Laçınlılar Baku TV-yə danışdı

Zabux kəndində 32 il sonra toy sədası | Laçınlılar Baku TV-yə danışdı

Cəmiyyət
18 may 2024
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı

Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı

Cəmiyyət
18 may 2024
Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Cəmiyyət
18 may 2024
Baku TV çəkdi, AYNA problemlə bağlı hərəkətə keçdi

Baku TV çəkdi, AYNA problemlə bağlı hərəkətə keçdi

Cəmiyyət
18 may 2024
Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Zəngilan məscidi

Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Zəngilan məscidi

Cəmiyyət
18 may 2024
Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Cəmiyyət
18 may 2024
Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Cəmiyyət
18 may 2024
Seçilmişlər
icon