Pleyeri seçin:

O, şəhid olandan ağlım başımda deyildi | Mübariz İbrahimovun anası - REPORTAJ

07 fevral 2025 640 baxış

Hər millətin tarixi boyu qəhrəmanları olub. Lakin Mübariz İbrahimov kimi cəsur, ölümün gözünə dik baxan, bir an belə tərəddüd etmədən Vətən üçün canını fəda edən qəhrəmanlar bəşər tarixində nadir hallarda doğulur.

Onun hekayəsi bir igidin, bir övladın, bir əsgərin, bir insanın gerçək Vətən sevgisinin təcəssümüdür. Mübariz İbrahimov sadəcə bir ailənin övladı deyildi, bir millətin ümid dolu gələcəyi idi.

Milli Qəhrəmanın anası Şamama İbrahimova oğlunun kiçik yaşlarından başqa uşaqlardan fərqləndiyini söyləyib:

“Üç oğlum var. Mübariz sonbeşiyimizdir. O, balacalıqdan bütün uşaqlardan fərqlənirdi. Məni nə uşaq vaxtı, nə də böyüyəndə incitdi. 14 yaşından boksla məşğul olurdu. Tay-tuşları toya-şənliyə gedirdi, o isə yox. Düşünürdüm ki, Mübariz heç nə bilmir. Amma yaşından çox bilirmiş, sadəcə az danışırmış”.

Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində xidmətini uğurla başa vurduqdan sonra Vətən sevgisi Mübarizi yenidən orduya qaytarır. O, 2009-cu ildə gizir kurslarını bitirib, Tərtərdə yerləşən hərbi hissəyə göndərilir. Mübariz üçün hər gün Vətənə xidmət düşmənə qarşı mübarizə demək idi. Amma bu mübarizənin ən parlaq səhifəsi yazılmamışdı.

“O, hərbi xidmətə qayıdanda atası çox pis oldu. Dedi ki, övladımız əlimizdən getdi. Mübarizə söylədi ki, müharibə başlayanda gedərsən. Amma o, atasına qulaq asmadı”, – şəhid anası deyib.

Ş.İbrahimova Mübarizin şəhid olacağına inanmadığını bildirib:

“Oğlumun yazdığı məktubu oxumağa atası getmişdi. Ondan məktubdakı yazının Mübarizə aid olub-olmadığnı soruşublar. Deyib ki, mənim ağlım başımda deyil, oxuyun, biləcəyəm.

Məktubu oxuyanda söyləyib ki, bu Mübarizin sözləridir. O, bizi həmin yazdıqları ilə olacaqlara öyrəşdirirdi”.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 640 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 640 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 640 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 640 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 640 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 640 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 640 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 640 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 640 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 640 baxış
Seçilmişlər
icon