Pleyeri seçin:

Ölüləri niyə gecə dəfn edirdilər? - KƏNDİNƏ QAYIT

02 avqust 2026 335 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə səfər edilib.

Rayon mərkəzindən təxminən 20 dəqiqəlik məsafədə yerləşən, 2 mindən çox əhalisi olan Tap Qaraqoyunlu uzun illər cəbhə xəttinə ən yaxın yaşayış məntəqələrindən biri olub. Müharibə illərində dəfələrlə atəşə tutulan kənd sakinləri bütün çətinliklərə baxmayaraq, doğma yurdlarını tərk etməyiblər.

Kəndin uzun illər atəş altında qalması sakinlərin gündəlik həyatına da təsir edib. Sakinlərdən biri bildirib ki, bir dəfə kənddə oynayan üç uşaq mərmi atəşinə tuş gəlib və həyatını itirib.

“Tut ağacının başına mərmi düşdü. Həyətdə oynayan üç uşağın üçü də vəfat etdi. Burada dəfn olundular”, – deyə kənd sakini xatırlayıb.

Müharibə illərində kənddə ölülərin dəfn edilməsi də böyük təhlükə ilə həyata keçirilib. Sakinlərin sözlərinə görə, mərmi və güllə atəşləri səbəbindən məzarlar əvvəlcədən və gizli şəkildə qazılıb, dəfn mərasimləri isə bəzən gecə saatlarına saxlanılıb.

“Dəfn zamanı atəş açırdılar. Bəzən məzarları əvvəlcədən qazırdıq. Atəş kəsiləndə dəfn edirdik, bəzən isə gecə vaxtı gətirib basdırırdıq. Molla dua oxuyanda da özümüzü daşların arxasında gizlədirdik”, – deyə kənd sakini bildirib.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 335 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 335 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 335 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 335 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 335 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 335 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 335 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 335 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 335 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 335 baxış
Seçilmişlər
icon