“Onda da uçulurdu, yaralanan da oldu” | Bu binalar niyə təhlükə saçır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt ərazisindəki bəzi çoxmərtəbəli yaşayış binalarının üzərinə vurulan ağır çəkili aqlay daşları artıq estetik görüntüdən çox, təhlükə mənbəyinə çevrilib.
Son illərdə binalardan qopan bu daşlar avtomobillərə və əmlaklara ziyan vurub, hətta insan ölümünə belə səbəb olub.
Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində baş verən analoji hadisə zamanı isə çoxmərtəbəli yaşayış binasının aqlay daşları gecə saatlarında avtomobillərin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitələrinə ziyan dəyib.
“Bir dəfə də belə hal yaşanıb. Aqlay daşları qadının üstünə düşdü, yaralandı. Bu bina təhlükəlidir”, – deyə sakin hadisə ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Sual yaranır: bu üzlüklərdən istifadə zamanı təhlükəsizlik standartları necə olmalıdır? Axı bir daşın qopması saniyələr içində insan həyatını alt-üst edə bilər.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, tikintisinə icazə tələb olunan yaşayış və qeyri-yaşayış obyektlərinin layihələndirilməsi zamanı şəhərsalma əsaslandırılması hazırlanır və normativlərə uyğun olaraq fasad təsdiqlənir. Qeyd olunan məsələ isə FHN-in səlahiyyətlərinə aid deyil.
#Nəsimi rayonu teqi istifadə olunub
- "Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV
- Vətəndaşların şikayətinə niyə baxan tapılmır?
- Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
