Pleyeri seçin:

"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

07 noyabr 2026 87 baxış

“Bir generalın ön cəbhədə yaralandığını gördüm. Yardım göstərmək üçün ona yaxınlaşanda məndən xahiş etdi ki, yarasının ağırlığı barədə heç kimə məlumat verməyim. Sadəcə yardım göstərim və yanında olum. Həmin an əmin oldum ki, biz artıq qalibik”.

Bunu Baku TV-yə müsahibəsində 44 günlük Vətən müharibəsinin iştirakçısı olan həkim Tural Rzazadə deyib.

Onun sözlərinə görə, döyüş bölgəsində ən çox təsirləndiyi məqamlardan biri ağır yaralanan əsgərlərin belə ağrılarını büruzə verməməsi olub. Həkim bildirir ki, hərbçilər döyüş yoldaşlarından geri qalmamaq və yenidən cəbhəyə qayıtmaq üçün can atırdılar.

“Şərəfli bir yol keçdik. Həqiqətən də filmlərdə gördüyümüz qəhrəmanları həyatda gördük. Biz də tibb işçiləri olaraq onlara kömək etməyə çalışırdıq. Çünki onların göstərdiyi şücaətin qarşısında bizim də üzərimizə düşən vəzifələr var idi. Gördük ki, bu qəhrəmanlar ölümdən qorxmurlar. Vətəni, torpağı, milləti sevirlər. Əsl Vətən sevgisinin şahidi olduq”, – deyə Tural Rzazadə əlavə edib.

Vətən müharibəsinin digər iştirakçısı, həkim Vüsal Kazımov üçün isə bu savaş illərlə qəlbində daşıdığı Qarabağ həsrətinin sona çatması baxımından xüsusi əhəmiyyət kəsb edib.

Kəlbəcərin Başlıbel kəndində anadan olan Vüsal Kazımov 1993-cü ildə doğma yurdunun işğalı zamanı ailəsi ilə birlikdə məcburi köçkün düşüb. Həmin dövrdə anasını şəhid verən həkim illərlə Qarabağın azad olunacağı günü gözləyib.

“1993-cü ildə Kəlbəcərin işğalı zamanı məcburi köçkün düşdük. Həmin ərəfədə anam şəhid oldu. Qarabağın işğalı həmişə ürəyimizdə yara kimi qalmışdı. Şükürlər olsun ki, 2020-ci ildə Prezidentimizin əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə başladıq. Bu mübarizədə canla-başla iştirak etdim, taborun tibb məntəqəsinin rəisi kimi xidmət göstərdim”, – deyə o qeyd edib.

Kopyalandı
Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 87 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 87 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 87 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 87 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 87 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 87 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 87 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 87 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 87 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 87 baxış
Seçilmişlər
icon