Paytaxtda ev almaq istəyənlərin nəzərinə | Mənzillərin qiyməti neçədən başlayır?
Yeniliklərdən dərhal xəbərdar olun
Son 5 il ərzində Azərbaycanda mənzillərin qiymətinin 46% artması fonunda paytaxtda ev almaq istəyənlər üçün qiymət araşdırması aparılıb. Mərkəzi Bankın hesabatına görə, pandemiyadan sonra daşınmaz əmlak bazarında artım dayananmır. Ekspertlər hazırda 100 min manatlıq büdcə ilə hansı ərazilərdən ev almağın mümkün olduğunu açıqlayıblar. Rieltor Yusif Quliyevin sözlərinə görə, bu məbləğə Masazır, Xırdalan kimi şəhərətrafı ərazilərdə həyət evi və ya yeni tikilidə birotaqlı mənzil, həmçinin "Neftçilər" və "Xalqlar Dostluğu" metrosu yaxınlığında birotaqlı mənzil tapmaq olar. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bu qiymətə Yeni Yasamal, Hövsan, Masazır kimi ərazilərdə orta təmirli 1-2 otaqlı mənzillərin təklif olunduğunu bildirib. Elan saytlarında 100 min manatadək təkliflər daha çox Masazır və Binə qəsəbələrində, qismən isə "İnşaatçılar" və "Memar Əcəmi" ətrafında da mövcuddur.
#Daşınmaz əmlak teqi istifadə olunub
- Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI
- İlin sonunadək gözlənilən proqnozlar
- İl sonunda əmlak almaq istəyənlərin diqqətinə | Hansı mənzillər daha da bahalaşacaq? - Baku TV
- Sakinlər öz evlərindən çıxarılır? | Qardaşoğlu əmisinin evini əlindən alır? - Baku TV
- Daşınmaz əmlakın icbari sığorta üzrə haqları artırılacaq? - Mərkəzi Bankdan məlumat - Baku TV
