Pleyeri seçin:

Planetdə həyat necə başa çatıb? | Maraqlı tədqiqatın detalları üzə çıxdı

04 iyul 2025 586 baxış

Mars vaxtilə maye suyu dəstəkləyə bilirdi və axan çaylara malik idi, bu gün isə planet boz səhradır.

Bu barədə “Daily Galaxy”nin elmi məqaləsində deyilir.

ABŞ-nin Çikaqo Universitetinin planetoloqu Edvin Kitenin rəhbərlik etdiyi yeni araşdırmada elm adamları Marsın səhraya çevrilməsi prosesinin qaçılmaz olduğunu müəyyən ediblər. Onlar bunun planetin ekoloji və geoloji xüsusiyyətləri ilə bağlı olduğunu bildiriblər.

E.Kite və komandası Marsın səhra planeti kimi də özünü tənzimlədiyini deyib. Tədqiqat NASA-nın “Curiosity” zondunun məlumatlarına əsaslanıb. Zond bu yaxınlarda Marsın səthində karbonatla zəngin süxurlar aşkarlayaraq planetin atmosferinin taleyi ilə bağlı bəzi məqamlara işıq salıb.

Tədqiqat göstərir ki, Marsda həyatı dəstəkləyən imkanlarla bağlı heç vaxt sabit vəziyyət olmayıb, planetdə yalnız müəyyən bir zamanda maye su olub.

Alimlər Marsın iqliminin maye suyun mövcud ola biləcəyi isti dövrlər və uzun quraqlıq dövrləri arasında dəyişdiyini göstərən bir model yaradıblar. Bu, hər bir planetin karbon dövranını necə emal etməsi ilə bağlıdır.

Elm adamları deyirlər ki, Marsın iqlimini başa düşməyin açarı balanslaşdırılmış karbon dövriyyəsinin olmamasıdır. Bu, Yer kürəsində əks əlaqə sistemi kimi işləyir, amma qırmızı planetdə aktiv vulkanik fəaliyyət yoxdur, yəni vaxtilə onun atmosferində mövcud olan karbon qazı tədricən səthinə hopub.

“Aktiv vulkanların olduğu Yerdən fərqli olaraq Mars hazırda vulkanik fəaliyyət baxımından sakitdir və planetdə vulkanik qazın buraxılmasının orta sürəti aşağıdır”, – E.Kite qeyd edib.

Nəşr əlavə edib ki, Marsda su və karbonla zəngin süxurlar arasındakı əlaqə planetin potensial yaşayış mühitindən qısır mühitə keçidini anlamaq üçün çox vacibdir.

Tədqiqat göstərir ki, hətta kiçik miqdarda maye su da karbon qazını atmosferdən çıxara və süxurlarda bərkidə bilər. Bu proses Yerdə baş verənlərə bənzəyir, amma fərq ondadır ki, Marsın atmosferində karbon qazını bərpa etmək üçün kifayət qədər vulkanik fəaliyyət yoxdur.

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 586 baxış
Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Cəmiyyət
23 sentyabr 2026 586 baxış
Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 586 baxış
"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 586 baxış
Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Cəmiyyət
23 sentyabr 2026 586 baxış
Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Cəmiyyət
23 sentyabr 2026 586 baxış
Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 586 baxış
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 586 baxış
Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 586 baxış
2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 sentyabr 2026 586 baxış
Seçilmişlər
icon