Cəmiyyət
Pleyeri seçin:
Problem dində yox, adətlərdədir | Nadir Adilov din xadimlərinə səsləndi
“Problemin kökü dində deyil, adətlərdədir. Düşünürəm ki, toydan öncə olan prosedurları dəyişməliyik”.
Bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Din Xadimlərinin Forumunda “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu” mövzusunda panel müzakirəsində deyib.
Onun sözlərinə görə, bir çox hallarda qadınlar boşandıqdan sonra ata evinə qayıdırlar və övladları ilə birgə ortada qalırlar:
“Buna görə də ailədə ortaq mülkiyyət anlayışı formalaşmalıdır. Adətlərimizdə olan boşluqları maarifləndirmə yolu ilə aradan qaldırmalıyıq. Ailə mübahisələrinin həllində din xadimlərinin rolundan istifadə edə bilərik”.
Kopyalandı
Seçilmişlər