Pleyeri seçin:

Efirlərdə az görünən Üzeyir Mehdizadə keçmişindən, etdiyi səhvlərdən danışdı - QAPQARA

23 dekabr 2024 385 baxış

Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı müğənni Üzeyir Mehdizadə olub.

Bir çox ölkələrdə mahnıları trendə çevrilən, dünyanın fərqli arenalarında konsertlər verən müğənni məqsədlərindən danışıb:

“20 ildir ki, bu sənətlə peşəkar şəkildə məşğulam. Hazırda olduğum yerdən məmnunam. Məqsədim budur ki, necə ki, bizə xaricdən müğənnilər gəlir, insanlarımız xarici musiqiləri dinləyirlər, bizdən də bunları edənlər olsun. İlk olaraq isə özüm etməyə çalışacağam”.

İnsanlara pozitivliyi aşılamağın şərt olduğunu deyən Ü.Mehdizadə bildirib ki, indi oxuduğu mahnılarında daha diqqətli olmağa çalışır:

“Gənc yaşlarımda elə bir mahnılarım olub ki, bu gün onları məndən istəsələr də oxumaram. Əyləncəli mahnılar dünyada ən çox tələb olunanlar siyahısındadır. Mənim də bu cür mahnılarım olub. Bu gün isə xarakterimlə bağlı olaraq düşünürəm ki, əvvəllər onlardan üç idisə, kaş bir olardı. İnsanlara pozitivliyi aşılamaq şərtdir, amma həddində olsa, yaxşıdır. İndi mahnılarımın sözlərinə fikir verməyə çalışıram, çox ehtiyatlı davranıram, gərək əvvəl də belə edərdim”.

Keçmişinin ona stimul verdiyini söyləyən müğənni qeyd edib ki, səhvlərdən heç kim sığortalanmır:

“Keçmiş barədə çox düşünən insanam. Ötüb keçən günlərimə elə-belə yanaşmıram, onlar indi belə mənə çox şey öyrədir. Əvvəl yaşadıqlarımı yaşamasaydım, başqa düşüncədə olardım”.

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 385 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 385 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 385 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 385 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 385 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 385 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 385 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 385 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 385 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 385 baxış
Seçilmişlər
icon