Qaçqınıq, kənar adam deyilik! - Evləri sökülən sakinlər MTK-dan nə istəyir?
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 16 ünvanındakı ikimərtəbəli tikilidə məskunlaşan keçmiş məcburi köçkünlər ərazidə söküntü və tikinti işləri aparan Mənzil-Tikinti Kooperativindən (MTK) şikayətçidirlər.
Sakinlər bildirirlər ki, şirkət artıq söküntü işlərinə başlayıb, lakin burada məskunlaşmış məcburi köçkünlərin başqa evlərə köçrülməsi təmin edilməyib.
“MTK deyir ki, kirayəyə çıxın, sizə 500 manat ödəniş ediləcək. Biz də buna inamırıq. Çünki belə vədləri çox görmüşük. Bir ayın kirayə pulunu verib, digərlərini ödəmirlər”, – şikayətçi Ehtiram Hüseynov deyib.
“Kirayənin pulunu verəcəklərinə inanmıram. Buradan getmək fikrim də yoxdur. İstəyirəm ki, tikdikləri binadan bizə ev versinlər. Bizim kimi kasıblardan pul qazanmaq istəyirlər”, – deyə başqa bir sakin narazılıq bildirib.
#Nərimanov rayonu teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
