Pleyeri seçin:

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür

20 yanvar 2024 466 baxış

20 Yanvar faciəsinin baş verməsindən 34 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Sovet Ordusu Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. 100-lərlə insan yaralanıb və itkin düşüb.

Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi, hüquqi qiymət verildi.

Azərbaycan Prezidentinin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında 1994-cü il 5 yanvar tarixli fərmanında Azərbaycan Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda Milli Azadlıq Hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejim tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı, milli ruhu sarsılmadı. Şəhidlik zirvəsinə ucalan Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyinə həsr olunmuş yubiley gecəsi - Baku TV

Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyinə həsr olunmuş yubiley gecəsi - Baku TV

Cəmiyyət
24 iyun 2026 466 baxış
Dəniz sahilində qazılan xəndəklər müzakirələrə səbəb oldu - Baku TV

Dəniz sahilində qazılan xəndəklər müzakirələrə səbəb oldu - Baku TV

Cəmiyyət
24 iyun 2026 466 baxış
"Belə insanlar normal şəkildə sevinə və gülə bilmirlər" | Rusiyalı elm adamı

"Belə insanlar normal şəkildə sevinə və gülə bilmirlər" | Rusiyalı elm adamı

Cəmiyyət
24 iyun 2026 466 baxış
“Deməli, tanışları var” | IX sinif şagirdi niyə oxuyub-yaza bilmir? - Baku TV

“Deməli, tanışları var” | IX sinif şagirdi niyə oxuyub-yaza bilmir? - Baku TV

Cəmiyyət
24 iyun 2026 466 baxış
Bu yolun halını görənlər geriyə qayıdır | “Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq” - Baku TV

Bu yolun halını görənlər geriyə qayıdır | “Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq” - Baku TV

Cəmiyyət
24 iyun 2026 466 baxış
“220 min pul gedib, deyir ki...” | Evə görə vətəndaşın başına oyun açdılar? - Baku TV

“220 min pul gedib, deyir ki...” | Evə görə vətəndaşın başına oyun açdılar? - Baku TV

Cəmiyyət
24 iyun 2026 466 baxış
“Gerçəklər söylənildiyi kimi deyil” | Vətəndaşların sahilə girişi niyə məhdudlaşdırılıb? - Baku TV

“Gerçəklər söylənildiyi kimi deyil” | Vətəndaşların sahilə girişi niyə məhdudlaşdırılıb? - Baku TV

Cəmiyyət
24 iyun 2026 466 baxış
"Balama 50 qəpiklik dondurma ala bilmirəm" - Hərbi xidmətdə yaralanan ata niyə çarəsizdir? - Baku TV

"Balama 50 qəpiklik dondurma ala bilmirəm" - Hərbi xidmətdə yaralanan ata niyə çarəsizdir? - Baku TV

Cəmiyyət
24 iyun 2026 466 baxış
“Bununla belə, müəyyən dəyişikliklər ola bilər” | DİM sədri

“Bununla belə, müəyyən dəyişikliklər ola bilər” | DİM sədri

Cəmiyyət
24 iyun 2026 466 baxış
Ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanışlıq olub - Baku TV

Ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanışlıq olub - Baku TV

Cəmiyyət
24 iyun 2026 466 baxış
Seçilmişlər
icon