Pleyeri seçin:

Qarabağ erməniləri Azərbaycan vətəndaşı olmaq istəyir

02 avqust 2023 122 baxış

Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış "Qaynar xətt"ə 100-ə yaxın müraciət daxil olub.

Bunu Baku TV-yə açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva deyib.

Onun sözlərinə görə, bir çox ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini dilə gətiriblər:

“Qarabağda yaşayan ermənilər zəng edərək onların Azərbaycan cəmiyyətinə inteqrasiyasının nə dərəcədə mümkün olması ilə bağlı suallar verirlər. Hüquqlarının təmin olunub-olunmayacağı onları maraqlandırır. Eləcə də Azərbaycan vətəndaşlığına keçmək üçün çoxsaylı müraciətlər daxil olur. Onlar bu yolun hüquqi tərəfləri ilə maraqlanırlar. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə yaşayan ermənilər Azərbaycan ilə birləşməyə müsbət baxdıqlarını bildiriblər. Ən maraqlısı isə odur ki, yaxın günlərdə bir Ermənistan vətəndaşı sevinc hissi ilə mənə zəng edərək övladının dünyaya gəldiyini bildirdi. Bu isə o deməkdir ki, insanlar artıq bizi özlərinə yaxın hiss edirlər və sevinclərini bizimlə bölüşürlər”.

Qeyd edək ki, 2022-ci il dekabrın 16-da Azərbaycanda Qarabağ erməniləri üçün “Qaynar xətt” yaradılıb. Qarabağ bölgəsindən “Qaynar xətt”ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilir. 

Cəlilabadda kənd sakinləri canavarla əlbəyaxa oldu - Baku TV

Cəlilabadda kənd sakinləri canavarla əlbəyaxa oldu - Baku TV

Cəmiyyət
16 dekabr 2025 122 baxış
"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Baku TV

"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Baku TV

Cəmiyyət
15 dekabr 2025 122 baxış
Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV

Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV

Cəmiyyət
15 dekabr 2025 122 baxış
Quşçuluq massivinin keçilməz yolları | Məsələ niyə həllini tapmır? - Baku TV

Quşçuluq massivinin keçilməz yolları | Məsələ niyə həllini tapmır? - Baku TV

Cəmiyyət
15 dekabr 2025 122 baxış
Bu mərhələdə 85 nəfər doğma yurda qayıdıb

Bu mərhələdə 85 nəfər doğma yurda qayıdıb

Cəmiyyət
15 dekabr 2025 122 baxış
"Nə işləyə bilir, nə də..." | Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib? - Baku TV

"Nə işləyə bilir, nə də..." | Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib? - Baku TV

Cəmiyyət
15 dekabr 2025 122 baxış
Məktəblərdə yeni mərhələ | Dini-mənəvi dəyərlər təbliğ olunacaq - Baku TV

Məktəblərdə yeni mərhələ | Dini-mənəvi dəyərlər təbliğ olunacaq - Baku TV

Cəmiyyət
15 dekabr 2025 122 baxış
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı - Baku TV

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı - Baku TV

Cəmiyyət
15 dekabr 2025 122 baxış
“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirilib

“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirilib

Cəmiyyət
15 dekabr 2025 122 baxış
“Bu qaydalara ciddi riayət edin” | Qatı duman sürücülərə çətinlik yaratdı - Baku TV

“Bu qaydalara ciddi riayət edin” | Qatı duman sürücülərə çətinlik yaratdı - Baku TV

Cəmiyyət
15 dekabr 2025 122 baxış
Seçilmişlər
icon