Pleyeri seçin:

Qardaşımın sevdiyi qız ona elə söz dedi ki... | Şəhid Səbuhinin qardaşı xatirələrindən danışdı

05 sentyabr 2024 600 baxış

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi iştirakçısı olan şəhid Səbuhi Əhmədov haqqında reportaj efirə gedib.

Səbuhi Əhmədov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub.

O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin qardaşı Sənan Əhmədov Səbuhi ilə bağlı xatirələrindən danışıb. O, qardaşı ilə “SOS Uşaq Kəndləri”ndə böyüdüyünü deyib:

“18 yaşımda hərbi xidmətə getdim. Mən gələndən sonra qardaşım hərbi xidmətə yollandı. Günümüz istər məktəb, istər tələbəlik illərində başqa uşaqların xoşbəxtliyinə baxmaqla keçib. Uşaq evində böyüyən uşaqlar üçün reallıq budur. Özümüzə bir yuva qurmaq istəyirdik. Mən onu özəl iş yerlərində qura bildim. Qardaşım isə hərbidə hərbçilərlə həmin ailə bağını qurmuşdu. Bizim həmişə bir sözümüz var idi ki, bir-birimizdən başqa kimsəmiz yoxdur. Bu söz bizə təsəlli idi”.

Sənan Əhmədov qardaşının özünü çirkin hesab etdiyini söyləyib:

“Zəmanəmizin bəzi qızlarının tələblərinə uyğun deyildi. Qardaş olaraq ananın vəzifəsini yerinə yetirib, yeddi qapıya getdim. Gedirdim, deyirdilər ki, evin var? Səbuhinin bir sevdiyi olub, onda da elə bir şey oldu ki, qardaşım özündən utandı. Gəldi yanıma, dedi ki, bizim niyə belə həyatımız var? Gördüm ki, ağlayır, heç nə demədi. Sonradan qrup yoldaşlarından eşitdim ki, sevdiyi qıza ondan xoşu gəldiyini deyib. Qız isə “Yetim uşaqsan, mənim sənə yazığım gəlir deyə belə xoş davranıram” deyib”.

Sənan Əhmədov qardaşının dəfn olunduğu gündən də bəhs edib:

“Qardaşımı torpağa tapşırana kimi donub qalmışdım. İndi qəbir üstünə oturub, rahat ağlaya bilirəm. Ürəyim buz kəsmişdi, gözlərimdən 1 damla yaş gəlmirdi. Ürəyim partlayırdı, ağlamaq istəyirdim. Birinci dəfə idi ki, qardaşımı qucaqlayanda heç nə hiss etmirdim”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 600 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 600 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 600 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 600 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 600 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 600 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 600 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 600 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 600 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 600 baxış
Seçilmişlər
icon