Qarlı hava nə vaxta kimi davam edəcək? | Hava haqqında məlumat
Fevralın 28-i gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.
Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.
Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar bəzi yollar buz bağlayacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- 32 dərəcə isti və güclənən külək: Bakını necə hava gözləyir? - Baku TV CANLI
- Hava dəyişir, amma necə? - Milli Hidrometeorologiya Xidməti məlumat yaydı - Baku TV CANLI
- Hava tətil planı quranları məyus edəcək? - Baku TV CANLI
- Külək, yağış, şimşək və dolu... | Sakinlərə hava barədə xəbərdarlıq - Baku TV CANLI
- Yeni ayın ilk günü paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI
