Pleyeri seçin:

“Qayınanam yeməyi əlimdən aldı ki, sən qazanmısan ki?!” | “Deyirlər, xanım nədir, "TikTok" nədir?!”

10 iyul 2026 475 baxış

“O vaxtlar” verilişinin budəfəki qonağı Qərbi azərbaycanlı Elnarə Əmiraslanova olub.

Ailə dəyərlərinin qorunmasının vacibliyindən danışan Elnarə Əmiraslanova gəlin, qayınana və qayınata münasibətlərində hörmət sərhədinin saxlanılmalı olduğunu vurğulayıb.

O, sosial şəbəkədə gördüyü görüntünü xatırladaraq deyib: “Bu yaxınlarda qarşıma bir video çıxdı. Qayınata gəlini qucağına alıb fırladırdı. Mən belə şeylərin əleyhinəyəm. Deyirik ki, qayınata da atadır, amma ata deyil, qayınatadır. Arada bir pərdə, hörmət olmalıdır”.

Qonaq qayınanası ilə bağlı yaddaşında qalan hadisələrdən də danışıb. Bildirib ki, bir dəfə qonşu ondan bir stəkan düyü istəyib. Düyünü qonşuya aparmaq istəyərkən qayınanası stəkanı onun əlindən alıb:

“Qayınanam soruşdu: “Bunu sən qazanmısan?”. Dedim ki, yox. Dedi ki, nə vaxt özün qazansan, onda kiməsə verərsən. Sonra düyünü özü qonşuya verdi. Bununla mənə başa saldı ki, evdə böyük var və müəyyən məsələlərdə əvvəlcə onunla məsləhətləşməliyəm”.

Altı il əvvəl həyat yoldaşını itirən qonaq həmin hadisədən sonra keçirdiyi hissləri belə ifadə edib: “Həyat yoldaşım rəhmətə gedəndən sonra heç nə dəyişmədi. Mən qadın olaraq özümü də onunla bərabər qəbirə qoydum”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 475 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 475 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 475 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 475 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 475 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 475 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 475 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 475 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 475 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 475 baxış
Seçilmişlər
icon