Qərbi azərbaycanlıların məskunlaşdığı Naxçıvan kəndindən reportaj
Baku TV Ordubad rayonunun Parağa kəndindən reportaj hazırlayıb.
Əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olan bu kəndin sakinləri əsasən Qərbi Azərbaycandan köçüb gələn ailələrdir və burada təxminən 350 nəfər yaşayır.
Kənddə məskunlaşan ilk sakin olduğunu deyən Şahlar Allahverdiyev doğulduğu torpağın həsrətini çəkdiyini söyləyib: “Cənnət Dərələyəzin gözü yoldadır. Mümkün olsa, indi qayıdaram. Çalışaram ki, ömrümün qalan hissəsini orada yaşayım”.
Ş.Allahverdiyev ermənilərin azərbaycanlılara verdiyi zülmü xatırlayıb: “O vəziyyət gözümün qabağına gələndə bütün dünyam darmadağın olur. Maşınların üstünə təkərləri yandırıb atırdılar. Hamı – qoca, cavan, uşaq qarlı havada dağ yolları ilə piyada gəlməyə məcbur oldu. 85 yaşlı babamı atın belində gətirmişəm”.