Pleyeri seçin:

“Qəssab 10 dəfə çox sata bilər?” | Heyvanların kəsimində yenilik | Subsidiya verilsə də... - Baku TV

03 oktyabr 2026 30 baxış

Heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsinin qarşısının alınması planlaşdırılır.

Bu məsələ “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, ilk növbədə, heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsinin səbəbi araşdırılacaq. Heyvanların növü, cinsi və məhsuldarlıq xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ tələblər hazırlanacaq.

İqtisadçı ekspertlər isə hesab edirlər ki, erkən kəsimin qarşısını qadağalar yerinə subsidiyalarla almaq daha məqsədəuyğundur. Məsələn, Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda intensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kiloqram diri çəki üzrə 40 qəpik məhsul subsidiyası veriləcək.

Fermerlər isə hesab edirlər ki, heyvanların çox erkən və aşağı çəkidə kəsilməsi məhsuldarlığın zəifləməsinə və ət qıtlığının yaranmasına səbəb olur.

Fermer Habil İbrahimov mövzu ilə bağlı fikirlərini bölüşüb.

“13–14 ay saxlanılmış cins ətlik heyvan bu müddətdə 300–320 kiloqram təmiz ət verirsə, yerli heyvan eyni xərc qarşılığında cəmi 260–270 kiloqram ət yığa bilir. Bu da o deməkdir ki, ilk növbədə, heyvanların cins tərkibi dəyişdirilməlidir. Əsas məqsəd heyvanların baş sayını artırmaq deyil, onların keyfiyyətini və məhsuldarlıq göstəricilərini yaxşılaşdırmaq olmalıdır”, – deyə o qeyd edib. 

Kopyalandı
Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV

Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 30 baxış
İçərişəhərdə nəqliyyatın hərəkəti ilə bağlı yeni qaydalar - Baku TV CANLI

İçərişəhərdə nəqliyyatın hərəkəti ilə bağlı yeni qaydalar - Baku TV CANLI

Cəmiyyət
03 oktyabr 2026 30 baxış
“Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV

“Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 30 baxış
Hansı əraziləri qar, dolu və güclü yağış gözləyir? - Baku TV CANLI

Hansı əraziləri qar, dolu və güclü yağış gözləyir? - Baku TV CANLI

Cəmiyyət
03 oktyabr 2026 30 baxış
Gənc hərbi xidmətdə xəstəliyə yoluxub? | "Mənim problemim deyil ki, texnologiya indi inkişaf edib"

Gənc hərbi xidmətdə xəstəliyə yoluxub? | "Mənim problemim deyil ki, texnologiya indi inkişaf edib"

Cəmiyyət
03 oktyabr 2026 30 baxış
Yeni qaydalar fermerlərə və ət bazarına necə təsir edəcək? - Baku TV CANLI

Yeni qaydalar fermerlərə və ət bazarına necə təsir edəcək? - Baku TV CANLI

Cəmiyyət
03 oktyabr 2026 30 baxış
Ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Hamiləlikdə ən çox rast gəlinən problemlər

Ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Hamiləlikdə ən çox rast gəlinən problemlər

Cəmiyyət
03 oktyabr 2026 30 baxış
Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV

Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 30 baxış
Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT

Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT

Cəmiyyət
02 oktyabr 2026 30 baxış
DTX saxta mesajlar və qurum adından açılan hesablarla bağlı xəbərdarlıq edir - Baku TV CANLI

DTX saxta mesajlar və qurum adından açılan hesablarla bağlı xəbərdarlıq edir - Baku TV CANLI

Cəmiyyət
02 oktyabr 2026 30 baxış
Seçilmişlər
icon