Pleyeri seçin:

“Qonşularımıza bəxşiş edilmiş Göyçəyə qayıdış borcumuzdur” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

14 iyul 2023 373 baxış

Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Üfüqdə bir işıq görünür: Göyçəyə qayıdacağıq” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kənd sakini Şəmsi Abdullayevin həyat hekayəsinə həsr olunub.

1973-cü ildə müəllim ailəsində doğulan Ş.Abdullayev 1988-ci ildə deportasiyaya məruz qalmasından, uşaqlıq illərindən, Göyçə ilə bağlı unudulmaz xatirələrindən söz açıb.

Qədim oğuz türklərinin yurdu olan, əhalisinin 99 faizinin azərbaycanlı olduğu Göyçənin zamanında kimlərinsə hesabına bədxah qonşularımıza hədiyyə edildiyini söyləyən Ş.Abdullayev həkim-stomatoloq kimi bir çox mötəbər tədbirlərdə, xarici ölkələrdə iştirak etdiyini, orada özünü qərbi azərbaycanlı kimi təqdim etdiyini bildirib.

Ş.Abdullayev deportasiya illərində azərbaycanlıların başına gətirilən müsibətlərdən danışıb: “O zaman Bakıdan rayon mərkəzinə gələn, avtobusdan düşən insanları bir macal tapıb orada sıxışdırıb əzməyə, döyməyə çalışırdılar ki, insanlar bezsinlər və qaçsınlar.

Bir qohum Bakıda Tibb Universitetində 4-cü kursda oxuyurdu, ali savadlı həkim olacaqdı. O yay tətilində Bakıdan kəndə gələndə apendisit sancıları tutur və onu gecə təcili rayon mərkəzinə aparırlar. Onu əməliyyat edən erməni həkim gələcək bir həkimi qəsdən öldürmüşdü ki, bu insanların içərisindən ali savadlı həkim çıxmasın, çünki zamanında gəlib burada onların yerin tutacaqlar. Ermənilər hər zaman çalışıblar ki, bizi tapdalasınlar, əzsinlər, inkişaf etməyə imkan verməsinlər”.

O, böyük qardaşı, Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin 23 yaşında vətən sevgisindən, vətən həsrətindən danışıb: “Vətənə qayıdış bizim borcumuzdur, babalarımıza, ulu babalarımıza borcumuzdur. Çünki biz onların o yurdlarını boş qoymamalıyıq. Qarabağ, Göyçə, Zəngəzur uğrunda həsrətlə canını vermiş Azərbaycan oğullarının, şəhidlərimizin qanı yerdə qalmamalıdır. Onların ruhları bu gündə o səmada dolaşır. Biz ora qayıtmalıyıq ki, onlar şad olsunlar”.

Onun sözlərinə görə, bu gün ölkə başçısının siyasətinin nəticəsi olaraq üfüqdə bir işıq görünür: “Biz Göyçəyə qayıda biləcəyik. O həsrətlə yaşayıram. Düşünürəm ki, biz və bizim övladlarımız ata-baba yurdunu görməyə müvəffəq olacaqlar. Əminəm ki, cənab Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində biz qədim Oğuz yurdu Göyçəmizə qayıdacağıq!"

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 373 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 373 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 373 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 373 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 373 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 373 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 373 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 373 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 373 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 373 baxış
Seçilmişlər
icon