"10 metrə yaxın çöküb, batıb yerə" | Bu ərazi insanları faciəyə sürükləyir? - Baku TV
Quba-Tüləkəran avtomobil yolunun 4-cü kilometrliyində baş verən torpaq sürüşməsindən təxminən iki ay keçsə də, problem tam həllini tapmayıb.
İyunun 16-da baş verən sürüşmə nəticəsində yolun asfalt örtüyü yararsız vəziyyətə düşüb, 6 kəndin nəqliyyat əlaqəsi çətinləşib.
Hərəkətin təmin olunması məqsədilə sürüşmə zonasından kənarda təxminən 3 kilometrlik müvəqqəti alternativ yol salınıb. Lakin hazırda həmin yol da sürücülər üçün ciddi çətinliklər yaradır.
Sürücülər yolun avtomobillərə ziyan vurduğunu, bəzi hallarda nəqliyyat vasitələrinin çay yatağında qaldığını deyirlər.
“Yolun bir hissəsi təxminən 10 metrə yaxın çöküb. Təkcə bura deyil, yolda belə yerlər çoxdur. Sürüşmə davam edir. Yol təmir edilməsə, vəziyyət daha da pisləşəcək”, – deyə şikayətçi Bünyad Həsənov narazılığını dilə gətirib.
