Pleyeri seçin:

Yanacaq istehlakı niyə artıb? - Səbəb avtomobil çoxluğudur, tıxac, yoxsa...? - Baku TV

13 avqust 2026 349 baxış

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 327,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.

İqtisadçı ekspert Natiq Cəfərli yanacaq satışındakı artımın əsas səbəblərindən birinin yanacağın qiymətinin yüksəlməsi olduğunu bildirib.

“Statistikada göstərilən məsələ xərclənən pulun məbləğidir. Alınan yanacağın həcmi deyil. Yanvarın 1-dən dizel yanacağının və “Aİ-92” markalı benzinin qiyməti artdı. Məhz bu qiymət artımı ümumi xərclənən vəsaitin 5 faizə yaxın artmasına səbəb olub”, – deyə ekspert qeyd edib.

Natiq Cəfərli avtomobillərin sayının artmasının da yanacaq istehlakına təsir etdiyini vurğulayıb:

“Rəsmi statistika göstərir ki, hər il Azərbaycanda təqribən 60-70 min avtomobil yollara daxil olur. Avtomobil sayı artdıqca benzinə xərclənən vəsaitin həcmində də artım müşahidə edilir”.

Ekspert tıxacların yanacaq sərfiyyatını artırdığını da təsdiqləyib. Onun sözlərinə görə, xüsusilə yay aylarında kondisionerdən istifadə yanacaq sərfiyyatını daha da yüksəldir:

“Bəli, tıxaclarda yanacaq sərfiyyatı artır. Amma bunu qlobal və çox ciddi təsir göstərən amil hesab etmək olmaz. Əsas təsir edən amillər qiymət artımı və avtomobillərin sayının çoxalmasıdır”.

Banner

#Natiq Cəfərli teqi istifadə olunub

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 349 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 349 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 349 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 349 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 349 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 349 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 349 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 349 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 349 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 349 baxış
Seçilmişlər
icon