"Qaçdı-tutdu oynamırıq ki!" | Qaş düzəldərkən göz çıxardılar? - "Evimizə girə bilmirik" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sakinlər bildirirlər ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Niyazi küçəsi, 40 ünvanında bir müddət əvvəl icra hakimiyyətinin əməkdaşları su borularının yenilənməsi məqsədilə yolda qazıntı işləri aparıblar. Lakin sakinlərin sözlərinə görə, işlərdən sonra yol əvvəlki vəziyyətindən də pis hala düşüb.
Onlar iddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli ilə bağlı tədbir görülməyib.
“Öz vəsaitimizlə bu yolu düzəltmişdik. Hamısını dağıdıblar. Kimə deyirsən, hərə bir tərəfə qaçır, gizlənir. Belə yaşayış olar?!”, – sakinlərdən biri bildirib.
“Gəlib burada borunu qoyublar. Qoymaqları bir yana, qazırlar, düzəltmədən çıxıb gedirlər. İki maşın yanaşı gələndə keçə bilmir. Belə olmaz axı. Öz cibimizdən xərc çəkib buranı düzəltmişdik. İndi də bərpa etmirlər”, – digər sakin qeyd edib.
#Masazır teqi istifadə olunub
- “Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV
- Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI
- Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT
- Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI
- “Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”
