Pleyeri seçin:

"Abadlaşdırırıq" dedilər, hamısı yoxa çıxdı" | 5 binanın həyəti söküldü, sonra isə... - Baku TV

14 avqust 2026 227 baxış

Baku TV-yə daxil olan şikayət əsasında məlum olub ki, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən beş binanın həyəti abadlaşdırılmaq məqsədilə sökülüb. Lakin işlər yarımçıq saxlanılıb.

Sakinlərin sözlərinə görə, yay aylarında həyətə yayılan toz-torpaq, qışda isə yaranan palçıq səbəbindən ərazidə hərəkət etmək çətinləşir. Uşaqların oynaması üçün meydançanın olmaması da narazılığı artırır.

Onlar bildirirlər ki, həyətin bu vəziyyətdə olması həm də təhlükə yaradır.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həllini tapmayıb.

“Şikayətim məhlədəndir. Məhləyə üç aydır ki, heç yaxın durmurlar. Heç nə etmirlər. Bloklar da bərbad vəziyyətdədir. Bütün toz-torpaq evimizin içindədir. Kondisionerlərin üstünə də toz yığılır. Oturmağa yer tapa bilmirik, ayaq üstə qalmışıq”, – sakinlərdən biri bildirib.

Digər sakin isə qeyd edib ki, binanın arxasında da eyni vəziyyət hökm sürür:

“Burada gördüyünüz mənzərənin eynisi bu binanın arxasındadır. Böyük bir sahədə eyni iş görülüb. İki aydır yarımçıq qoyulub. Əvvəllər burada üç söhbətgah var idi. Hamısını sökdülər. Dedilər ki, abadlıq işləri aparılacaq. Bütün binanın bloklarında da işlər yarımçıq qalıb. Tikinti materiallarını binanın arxasına yığdılar, sonra isə hamısı yoxa çıxdı”.

FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 227 baxış
"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

Cəmiyyət
29 sentyabr 2026 227 baxış
Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Cəmiyyət
29 sentyabr 2026 227 baxış
Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq

Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq

Cəmiyyət
29 sentyabr 2026 227 baxış
Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV

Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 227 baxış
"Suda xilas edilənlərin sayı..." | FHN-dən xilasetmə əməliyyatları barədə açıqlama - Baku TV

"Suda xilas edilənlərin sayı..." | FHN-dən xilasetmə əməliyyatları barədə açıqlama - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 227 baxış
Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV

Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 227 baxış
Bakıda təmirə görə yollar bağlanır | Paytaxtda hərəkət sxemi dəyişir - Baku TV CANLI

Bakıda təmirə görə yollar bağlanır | Paytaxtda hərəkət sxemi dəyişir - Baku TV CANLI

Cəmiyyət
29 sentyabr 2026 227 baxış
Suyun qarşısını taxta parçaları ilə bağladılar, amma... | Zabrat sakinləri çıxılmaz halda - Baku TV

Suyun qarşısını taxta parçaları ilə bağladılar, amma... | Zabrat sakinləri çıxılmaz halda - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 227 baxış
Yağış barmaqlıqları hara yoxa çıxır?

Yağış barmaqlıqları hara yoxa çıxır?

Cəmiyyət
29 sentyabr 2026 227 baxış
Seçilmişlər
icon