Pleyeri seçin:

"700 maaşımdır, 320 şama verim?!” | Bu məşhur şamlar bədənimizə görün necə mənfi təsir edir

03 iyun 2025 497 baxış

Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə maraq doğurub. Söhbət mağazalardan birində müsbət aura yaratmaq məqsədilə istifadə edilən və minimum 150 manata satılan ətirli şamlardan gedir.

Mağaza nümayəndəsinin sözlərinə görə, sözügedən şamların qiyməti 300-320 manat arasında dəyişir. Bu fərq isə əsasən onların həcmi və yanma müddəti ilə əlaqədardır.

Məsələ ilə bağlı Baku TV paytaxt sakinləri arasında sorğu keçirib. “320 manata şam alarsınız?” sualına verilən cavablar müxtəlif olub.

Bir sakin bildirib: “Pulum olsa, niyə də yox?! Qoxusu müsbət təsir edir, ətirli şamları çox xoşlayıram. Xəstəlik yaratdığı ilə bağlı xəbərlərə isə inanmıram”.

Başqa bir sakin isə belə deyib: “Mən almaram, çünki 720 manat maaş alan adamam”.

Bəs bu bahalı şamlar sağlamlıq üçün təhlükə yarada bilərmi?

Həkim Abbas Bağırov qeyd edib ki, ətirli şamların bir sıra mənfi təsirləri var:

“Onların istifadəsi zamanı havaya buraxılan tüstü tənəffüs yollarını zədələyə bilər. Həmçinin allergik reaksiyalara səbəb olmaqla yanaşı, bəzi hallarda xərçəng riski də daşıyır. Estetik baxımdan cazibədar görünsələr də, sağlamlıq üçün zərərli ola bilər”.

Həkim həmçinin onu da əlavə edib ki, ətirli şamlar xüsusilə azyaşlılara mənfi təsir göstərir.

Belə ki, müxtəlif qoxulu şamlar yandıqdan sonra onların içərisindəki aromatik birləşmələr hava qazları ilə kimyəvi reaksiyaya girir. Bu da uşaqların sonradan sağala bilməyən xəstəliklərə yoluxmasına səbəb ola bilər.

Kopyalandı
Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 497 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 497 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 497 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 497 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
Seçilmişlər
icon