Pleyeri seçin:

"Arada 35 illik ayrılıq olsa da, doğma kəndimizə qayıdacağıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

27 oktyabr 2023 493 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Arada 35 illik ayrılıq olsa da, doğma kəndimizə qayıdacağıq” adlı veriliş Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalının Amasiya rayonunun Qaraçanta kənd sakini Pərvanə İbrahimovanın həyat hekayəsinə həsr olunub.

Onun sözlərinə görə, Qaraçantada cəmi 11 il yaşayıb: “Mən 1988-ci ildə 3 ay 7 gün məktəbimizdə dərsə gedə bildim. Ona görə 11 yaşlı xatirələrim mənim üçün həm əziz, həm doğma və eyni zamanda unudulmaz, daşlaşmış xatirələrdir və müqəddəsdir”.

Orta məktəbi heç vaxt unutmadığını və sinif otaqlarını daim yadında saxladığını deyən Qaraçanta sakini bildirib ki, əgər yenidən doğma kəndinə, Ağbaba-Şörəyel mahalına qayıtmaq imkanı olsa, Gümrünün yolu ilə gedib Çələb kəndindən öz kəndlərinə uzun müddət tamaşa edər, qaça-qaça məktəbə gedər, sinif otağına baxar:

“Kəndin qəbiristanlığında atamın nənəsinin məzarını, Seyidlər tayfasının gümbəzini ziyarət edərəm. Bizim bir çox nişanəmiz qalan ata evimizə gedərəm. Mənim orada məktəbli çantam da qaldı və mütləq gedib orada o çantamı axtararam”.

Ümidvar olduğunu deyən P.İbrahimova bildirib ki, dünyada ocaqdan isti heç nə yoxdur: "Ermənilər bizim ocağımızı söndürdülər, amma ümidimizi söndürə bilmədilər. O ümid var və biz mütləq öz doğma kəndimizə qayıdacağıq. 11 yaşlı daşlaşmış Qaraçanta xatirələrimi daha yeni xatirələr əvəz edəcək”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 493 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 493 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 493 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 493 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 493 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 493 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 493 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 493 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 493 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 493 baxış
Seçilmişlər
icon