Pleyeri seçin:

"Baku TV" bütün imkanlarını mənim üçün səfərbər etdi | "Son Uçuş" filminin müəllifi danışdı

01 aprel 2025 841 baxış

“Baku TV” 2024-cü ilin dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsi haqqında sənədli film hazırlayıb.

Sənədli filmin rəhbəri, müəllifi və rejissoru Kübra Uygun Sertdağdır.

“Bu hadisə hər kəs kimi mənə də çox təsir etdi. Bir rejissor olaraq qəza ilə bağlı sənədli film çəkmək istədim. Düşündüm ki, qəza anında insanların nələr yaşadığı ilə bağlı film çəkmək lazımdır. Bununla bağlı “Baku TV”yə müraciət etdim. Sağ olsunlar, məni dinlədilər, mənə inandılar. Bu mənim üçün çox önəmli idi”, − deyə Kübra Uygun Sertdağ bildirib.

“J2-8243: Son uçuş” adlı sənədli film ümumilikdə beş hissədən ibarətdir. Filmdə qəza nəticəsində həyatını itirənlərin, sağ qalanların və onlara yardım edənlərin həyat hekayəsindən bəhs olunur.

Ekran işinin “Biri var idi, biri yox” adlı ilk hissəsində təyyarə qəzası zamanı yüksək peşəkarlıq nümayiş etdirərək həyatını itirən baş pilot İqor Kşnyakin, köməkçi pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın ailə üzvləri onlar barəsində xatirələrini bölüşüblər.

“Hər şey yaxşı olacaq” adlanan növbəti hissədə isə ekipaj üzvlərinin yüksək peşəkarlığı sayəsində sağ qalan sərnişinlərin bir qismi və ekipaj üzvü Zülfüqar Əsədov danışıb.

Sənədli filmin üçüncü hissəsi olan “Aktau”da qəzadan dərhal sonra hadisə yerinə gələn qazaxıstanlı köməkçi qrup üzvləri, jurnalistlər və qəza şahidlərinin fikirləri yer alıb.

“Necə oldu?” başlıqlı dördüncü hissədə qəzanın baş verməsindən sonra olan hadisələrin ümumi təfərrüatı və Prezident İlham Əliyevin Rusiya səfərini yarımçıq saxlayaraq ölkəyə qayıtması, dərhal müşavirə keçirməsi və digər detallar barədə məlumat verilib. Bu bölümdə ekspert və politoloqlar, eləcə də AZAL-ın əməkdaşları qəza barəsində danışıblar.

Son bölüm − “Vida”da isə qəzadan sonra həlak olan və sağ qalan ekipaj üzvlərinin Prezident İlham Əliyevin Sərəncamı ilə yüksək səviyyədə təltif edilməsi, sağ qalan sərnişinlərə peşəkar tibbi xidmətin göstərilməsi və dövlət qayğısı xüsusilə vurğulanıb. 

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 841 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 841 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 841 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 841 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 841 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 841 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 841 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 841 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 841 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 841 baxış
Seçilmişlər
icon