Pleyeri seçin:

"Bizi aldatdılar!" | Evlərinin yerində bina tikdilər, indi nə pul verirlər, nə də... - Baku TV

04 iyun 2026 368 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən bir qrup sakin bildirir ki, Nərimanov rayonunda yerləşən pilot tikinti layihəsi çərçivəsində sökülən evlərinin əvəzində illərdir mənzillə təmin olunmayıblar.

Onların sözlərinə görə, 2020-ci ildə tikinti şirkəti ilə qarşılıqlı razılıq əsasında alqı-satqı müqaviləsi bağlanıb. Razılaşmaya əsasən, sakinlər 24 ay ərzində yeni mənzillərlə təmin edilməli, bu müddətdə isə onlara kirayə pulu ödənilməli idi.

Lakin sakinlər iddia edirlər ki, nə mənzillər təhvil verilib, nə də kirayə haqları vaxtında ödənilib.

Söhbət paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən və “Olimpus Park” ilə “N-Turan” MMC tərəfindən həyata keçirilən pilot tikinti layihələrindən gedir.

“Binanı nə tikib təhvil verirlər, nə də kirayə pulumuzu vaxtında ödəyirlər. Bizi aldadıblar. Heç kim nə telefona cavab verir, nə də məsuliyyət daşıyır. Bir-birilərinin üstünə atırlar. Bina yarımçıq vəziyyətdədir. Deyirlər ki, köçüb yaşayın, amma orada yaşamaq üçün şərait yoxdur”, – deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda sakinlərin kirayə haqlarının ödənilməsində və tikinti işlərinin aparılmasında yaranan gecikmələrlə əlaqədar şirkət rəhbərliyi ilə görüş keçirilib. Şirkətə kirayə haqlarının vaxtında ödənilməsi və tikinti işlərinin qısa müddətdə yekunlaşdırılması ilə bağlı ciddi xəbərdarlıq olunub.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 368 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 368 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 368 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 368 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 368 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 368 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 368 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 368 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 368 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 368 baxış
Seçilmişlər
icon