"Bravo" hipermarket fəaliyyətini bərpa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 4-də inkassasiya heyətinə edilən silahlı hücumdan sonra fəaliyyətini müvəqqəti dayandıran Bakının Xətai rayonu ərazisindəki “Bravo” hipermarketi normal iş rejimini bərpa edib. Hipermarket artıq martın 5-də saat 07:00-dan etibarən fəaliyyətini davam etdirir.
Qeyd edək ki, hipermarketin girişində, bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə baş vermiş insident zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın kassir-inkassatoru Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri – 22 yaşlı Ruhlan İsmayılov martın 4-də axşam saatlarında zərərsizləşdirilib, daha bir nəfər isə saxlanılıb. Hazırda prokurorluq tərəfindən araşdırma aparılır.
#Silahlı insident teqi istifadə olunub
- Hücum edənin evində daha üç nəfərin meyiti aşkarlanıb
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
- Dallasda baş verən atışmalarda 15 nəfər yaralanaraq xəstəxanaya yerləşdirildi - Baku TV
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
