"Bu problem çoxdandır belədir" | 15 illik problem niyə həll olunmur? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhəri, 26-cı məhəllə, Məhsəti Gəncəvi küçəsində yerləşən geniş ərazi uzun illərdir məişət tullantıları ilə çirkləndirilir.
Sakinlərin sözlərinə görə, ərazidəki antisanitar vəziyyət 15 ildən artıqdır davam edir.
Onlar bildirirlər ki, tullantılardan yayılan üfunət, eləcə də küçə heyvanlarının əraziyə toplaşması gündəlik həyatlarını çətinləşdirir.
“Üç ildir burada yaşayıram. Bu ərazini təmiz vəziyyətdə gördüyümü xatırlamıram”, “Üfunətin, ağcaqanadın əlindən evdə oturmaq olmur”, – deyə sakinlər narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən yer hüquqi şəxsə məxsusdur və ərazinin təmiz saxlanılması ilə bağlı bir neçə dəfə şirkətə xəbərdarlıq edilib.
Qurumdan o da qeyd olunub ki, yaxın ərazidə məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlar mövcuddur. Lakin vətəndaşlar məişət tullantılarını yol üzərində olan bu əraziyə atırlar:
“Son yağışlardan sonra ərazi palçıqlı olduğu üçün texnikanın işləməsi mümkün deyil. Tezliklə ərazi təmizlənəcək”.
#Xırdalan teqi istifadə olunub
- “Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...
- Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?
- Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır
- "Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV
- "Baku TV"nin gündəmə gətirdiyi qanunsuz tikili ilə bağlı tədbir görüldü - Baku TV
